adalet.az header logo
  • Bakı 19°C
06 Mart 2015 11:14
1316
DÜNYA
A- A+

Gənc oğlan Kılıçdaroğluna demokratiya dərsi keçdi

Konyada "Bedesten Çarşısı”nı ziyarət edən CHP lideri Kılıçdaroğlu, onunla görüşmək istəyən bir gəncin tənqidləri qarşısında çıxılmaz vəziyyətdə qalıb.

Gənc oğlan Kılıçdaroğlunun Konyada Kubilayı anma mərasimində çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən 16 yaşlı şagird M.E.A-nı dəstəklədiyini tənqid edib. Gənc bu mövzuda danışan zaman mühafizəçilərin müdaxilə etməsi diqqət çəkib. Müdaxilə edən mühafizəçilərə sərt reaksiya verən və Kılıçdaroğlunun da razılığı ilə danışığına davam edən gənc, bir vətəndaş olaraq Prezidentin təhqir edilməsini qəbul etmədiyini və CHP-nin də təhqirə yol verən həmin gənci Ankarada qəbul edərək arxasında durmasına mənfi münasibət bildirib.

Kılıçdaroğlunu nümunə götürdüyünü ifadə edən gənc "Ölkəmizin prezidentinə davranışlarınızda nə qədər örnək olsanız, biz də elə örnək olacağıq” –  deyərək, Kılıçdaroğluna düşüncələrini ifadə edib.

Kəmal Kılıçdaroğlu da, qapılarının hamıya açıq olduğunu söyləyərək, hər kəsin öz mövqeyinin haqqını verməsinin vacibliyini söyləyib. Gənc oğlan cavabında isə " Elə olsa xalq səs verməz” – deyərək, qarşılıq bildirib.

Daha sonra Kılıçdaroğlu onu tənqid edən gənci Ankaraya gələn zaman qonaq etmək istədiyini də ifadə edib.