adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2015 11:15
1898
DÜNYA
A- A+

İranla danışıqlar yekunlaşdı

İsveçrənin Montrö şəhərində "altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb.

"Altılıq”-Tehran danışıqlarının növbəti raundundan əvvəl ABŞ dövlət katibi Con Kerri bə İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç gün davam etmiş ABŞ-İran diskussiyaları keçirilib.
 
Tərəflər arasında müəyyən irəliləyişə nail olunduğu, lakin kompromisin əldə olunması barədə danışmaq hələ tez olduğu bildirilir.
 
Məhəmməd Cavad Zərifin sözlərinə görə, tərəflər razılaşmaya nail olmaq üçün gecə-gündüz çalışmağa hazırdır: "Biz buna çox yaxınıq, lakin, eyni zamanda, çox uzaq da ola bilərik”. 
 
"Altılıq” ölkələri və İran martın 24-dək nüvə proqramına dair siyasi razılığa gəlmək və iyunun sonunadək artıq hərtərəfli sazişin hazırlanması istiqamətində səy göstərməkdə davam edirlər.