adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2015 10:29
1088
HADİSƏ
A- A+

Qusarda intihar hadisəsi

Qusar rayonunda intihar faktı qeydə alınıb.

Qusar rayon Prokurorluğundan verilən məlumata görə, martın 5-də Qusar şəhər sakini, 1965-ci il təvəllüdlü Vahid Seyidovun yaşadığı evin həyətinində yarımtikilidə meyiti aşkar edilib. O, özünü asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.