adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Mart 2015 22:15
3181
MƏDƏNİYYƏT
A- A+

Əlibaba Məmmədovun yubileyi Astarada qeyd olundu

Astarada Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi qeyd olunub. 


Tədbirdə rayon uşaq musiqi məktəbinin xalq çalğı alətləri şöbəsi və xanəndəlik sinfinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Ə.Məmmədovun repertuarından mahnılar və "Humayun” ansamblının ifa etdiyi kompozisiyalar tamaşaçılara təqdim olunub.