adalet.az header logo
  • Bakı 20°C
05 Mart 2015 19:06
1478
MƏMLƏKƏT
A- A+

DİN ötən il xidməti istifadə üçün 750 avtomobil alıb

Ötən il "Təhlükəsizlik şəhər” layihəsi çərçivəsində respublika üzrə 612 kamera quraşdırılıb.

Bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi dövlət təhlükəsizliyi ilə bağlı illik hesabatında bildirilir.

Hesabatda bildirilir ki, Daxili İşlər Nazirliyində (DİN) müasir texniki vasitələrdən , statistika, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktik işin effektivliyini daha da artırıb, ötən il xidməti istifadə üçün 750 avtomobil alınıb, "Təhlükəsizlik şəhər” layihəsi çərçivəsində respublika üzrə 1924 nöqtədə 612 kamera, Bakı metropoliteni nəzərə alınmaqla bütövlükdə 2039 nöqtədə 8085 kamera quraşdırılaraq istifadəyə verilib.

2013-cü illə müqayisədə hesabat dövründə videomüşahidə vasitələrinin tətbiqi ilə aşkarlanmış hadisələrin sayı 46 faiz artıb. Nəticədə 79 cinayət açılıb, 12614 yol-nəqliyyat hadisəsi (157-i piyadaların vurulması), 335 fakt ictimai asayişin pozulması , 15 avtoxuliqanlıq, 78 yanğın müşahidə edilib. "Nömrətanıma” Sistemi vasitəsi ilə axtarışda olan 139 və digər nəqliyyat vasitəsinə verilən qeydiyyat nişanı ilə idarə edilən 44 nəqliyyat vasitəsi müəyyənləşdirilib.

apa