adalet.az header logo
  • Bakı 22°C
05 Mart 2015 18:40
4115
ƏDƏBİYYAT
A- A+

Zəlimxan Yaqub tələbələrlə birgə şeir oxudu

Azərbaycanın Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 65 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səda" Tədris Teatrında  tədbir keçirilib.  

Şairin özünün də iştirak etdiyi tədbirdə "Aşıq sənəti" kafedrasının müdiri Aşıq Əhliman Rəhimov,  dosentlər Aşıq Samirə Əliyeva, Fəzail Miskinli, Nemət Qasımov və Aşıq Altay Zəlimxan Yaqubun sözləri üzərində aşıq nümunələri ifa ediblər. Tədbirdə professor Gülşən Əliyeva-Kəngərli, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək, şairin zəngin yaradıcılığından söhbət açıblar. 

Ustad sənətkarla görüşdə Əməkdar artist, Ağalar Bayramov və eləcə də tələbələrin ifasında Zəlimxan Yaqubun şeirləri səsləndirilib.
 
Sonda səbəbkarın özü də çıxış edərək, Universitetin müəllim-tələbə heyətinə təşəkkürünü bildirib. Şair yeni yazdığı şeirlərdən də söyləyərək, daha sonra  tələbələrin ona ünvanladığı sualları cavablandırıb.