adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Mart 2015 15:37
3400
ƏDƏBİYYAT
A- A+

Orxan Pamuk yazıçı dostundan danışdı

Bu günlərdə dünyasını dəyişən türk yazıçısı Yaşar Kamalın dəfnində iştirak edən Nobel mükafatlı yazıçı Orxan Pamuk öz təəssüratlarını bölüşüb. Adalet.az xəbər verir ki, Orxan Pamuk məktəb yaşlarından Yaşar Kamalın oxucusu olduğunu deyib: "İlk dəfə 1969-cu ildə onun "İncə Məmməd" romanını almışdım. Onun oxucusu olmağımla, sonralar onu şəxsən tanımağımla qürur duymuşam. Yaşar Kamalla dost, yol yoldaşı olmuşam. O danışır, mən qulaq asırdım, o usta, mən şəyird idim. Yaşar Kamalın böyüklüyü içindəki uşaq sadəliyinin ölməməsi idi. O qədər təzyiq, ölüm hədələri, pis adamlar, çoxlu qısqanclığa baxmayaraq, həmişə gülümsəyirdi, nikbin olurdu. Türkiyədə bu qədər təzyiqə rəğmən başını dik tuta bilirdi. Bu ölkədə yaşayan insanların hekayəsini bütün dünyaya açmağın mümkünlüyünü ondan öyrəndim. Həmişə onun yanında olmaq, onunla dost olmaq istədim. Türk dili var olduqca Yaşar Kamal da olacaqdır”.