adalet.az header logo
  • Bakı 18°C
05 Mart 2015 01:33
2809
LAYİHƏ
A- A+

ÜZÜ BAHARA DOĞRU BOYLANAN GÖYÇAY

"...Bütün layihələrimiz bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar, rifah içində yaşasınlar, bütün sosial problemlər öz həllini tapsın və bütün infrastruktur layihələri ən yüksək səviyyədə təşkil edilsin".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev


(əvvəli ötən saylarımızda)

Dövlət Proqramına müvafiq olaraq 2014-cü ildə Müskürlü kəndində 180 yerlik ümumi orta, Qəbələ-Müskürlü kəndində 80 yerlik ibtidai məktəblər istifadəyə verilmiş, mərkəzi rayon xəstəxanasında əsaslı təmir işləri davam etdirilmiş, rayon Tədris İstehsalat Mərkəzinin inzibati binasının əsaslı yenidənqurulmasına, yeni yaradılacaq rayon Kənd Təsərrüfatı idarəsi üçün inzibati binanın, Potu kəndində 100 yerlik uşaq bağçasının, 25 tonluq çörək istehsalı müəssisəsinin tikintisinə başlanılmışdır.
2014-cü ildə fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 810 daimi iş yeri açılmışdır. Bütövlükdə 2003-2014-cü illərdə rayonda 10849 yeni iş yeri açılmışdır ki, bunun da 8805-i və ya 81,2 faizi daimi iş yerləridir.

Özəl sektorun dinamik inkişafı

Regionların tarazlı və davamlı inkişafı, qeyri-neft sektorunun yüksəlişi, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirən Dövlət başçısı İlham Əliyevin ölkədə Milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər Göyçayda da özəl sektorun dinamik inkişafına güclü təkan vermişdir. Yerli sahibkarlar və iş adamları rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsində, əhalini narahat edən problemlərin həllində fəal iştirak edirlər.
2014-cü ildə rayon üzrə sənaye məhsulunun 85,4 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir.
İnvestorların rayona cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasının nəticəsidir ki, hər il Konserv zavoduna, Süd zavoduna, Kərpic zavoduna, Broyler Quşçuluq fabrikinə yüz minlərlə manat investisiya qoyulur.
Keçən il Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq istəyən sahibkarların sayı xeyli artmış, 2014-cü ildə 96 sahibkarlıq subyektinə fondun vəsaiti hesabına 620,5 min manat güzəştli kredit verilmiş, ayrılmış kredit hesabına 42 yeni iş yeri yaradılmışdır.
Rayonda kiçik və orta sahibkarlara məsləhət, informasiya və tədris xidmətləri göstərmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Göyçay biznes tədris mərkəzi fəaliyyət göstərir. Bütün bunlarla yanaşı aparılmış təhlilllər göstərir ki, Dövlət Proqramının həyata keçirilməsində bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra orqanlarının fəaliyyətində təşəbbüskarlıq, işə yaradıcı münasibət lazımi səviyədə olmamış, yerli imkanlardan heç də səmərəli istifadə edilməmişdir.

Əsası ulu öndər tərəfindən
qoyulmuş mühüm strategiya
uğurla davam etdirilir

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş əhalinin sosial problemlərinin həlli strategiyası hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Əsas sosial problemlərdən olan əmək pensiyalarının artırılması, əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi, ailə başçısını itirmiş şəxslərin maddi vəziyyətlərinin yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, bu sahədə işləri təkmilləşdirmək üçün fərman və sərəncamlar verilmiş, "Ünvanlı sosial yardım haqqında", "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir.
Hesabat dövründə sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, il ərzində bu yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1323 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Yardım təyin olunmuş ailələrin sayı 2013-cü ilə nisbətən 232 vahid azdır.
"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mərkəz tərəfindən hazırda 4725 nəfər sosial müavinət təyin olunaraq ödənilir. 2014-cü ildə 1702 nəfərə birdəfəlik müavinətlər verilmişdir. Mərkəzdə tək, ahıl vətəndaşlara və əlillərə evlərdə sosial məişət xidməti göstərilməsi də mövcud təlimatın tələblərinə uyğun həyata keçirilir. Hazırda 282 nəfər ahıl və əlil vətəndaşlar mərkəzin sosial-məişət xidməti sektoru tərəfindən xidmətə götürülmüş və onlara 28 nəfər sosial işçi tərəfindən evlərdə xidmət göstərilir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində əmək, ailə başçısını itirməyə və əlilliyə görə pensiyalarının təyin olunmasında daha mütərəqqi üsullardan istifadə edilməklə bütün pensiyaçılar haqqında məlumatlar avtomatlaşdırılmış və baza məlumat sistemi yaradılmışdır. 01 yanvar 2015-ci il tarixə rayon üzrə 8715 nəfər yaşa, 1383 nəfər ailə başçısını itirməyə və 4032 nəfər əlilliyə görə pensiya və müavinət alan şəxs vardır. Şöbə tərəfindən hesabat dövründə 14370 nəfər əmək pensiyaçısına xidmət göstərilmiş, 131 nəfərə avtomatlaşdırılmış pensiya təyinatı aparılmışdır.

Rayonda cinayətkarlığa qarşı aparılan mübarizənin uğurlu nəticələri

Keçən il rayonda qanunçuluğun möhkəmlənməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və profilaktiki tədbirlərin genişləndirilməsi, əhalinin ictimai təhlükəsizliyinin təmin edilməsi, insan, hüquq və azadlıqlarının müdafiəsi, sabitliyin qorunması sahəsində rayonun hüquq-mühafizə orqanları ictimaiyyətlə birlikdə xeyli işlər görmüşlər.
2014-cü ildə rayonda 156 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da ötən illə müqayisədə 4,5 faiz azdır. Qeydə alınmış cinayət hadisələrinin 17-si ağır xarakterli cinayətlərə aiddir. Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilmiş, ötən il bununla bağlı 31 fakt aşkar edilmişdir.

P.S. Diqqətcil oxucular yaxşı xatırlayarlar. 9 il bundan əvvəl Göyçayda ilk dəfə olaraq yeni və müasirləşmiş formada qeyri-adi bir bayram keçirildi. Bu möhtəşəm "Nar bayramı"nın müəllifi və təşkilatçısı məhz Mübariz Ağayev olmuşdur. Bu gözəl hadisədən sonra respublikanın bir çox bölgələrində oxşar bayram və festivalların bünövrəsi qoyuldu. İndi xarici ölkələrdə də bizim bu bənzərsiz bayramlarımızdan danışırlar.

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ