adalet.az header logo
  • Bakı 20°C

33 sual

1178 | 2015-03-05 01:31
- Özünüzü "ƏN" şəkildə təqdim eding
- Ən çox sevdiyiniz ədəbi cərəyan?
Belə bir bölgüm, sıralamam yoxdur...
- Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kimdir ()?
Bu statistikaya vaqif deyiləm, cavabım yalnız ehtimal yükü daşıyardı...
- Gənc yazarlardan ən çox kimləri oxuyursunuz?
Mən oxumağa Addan daha çox Əsərin özü ilə başlayıram...
Olur ki, bir cümlə məni vadar edir oxumağa.
Əlbəttə, özümün də mənsub olduğum DGTYB-nin üzvlərinin yaradıcılığına mümkün olduğu qədər daha çox diqqət göstərməyə çalışıram.
- Ən aparıcı qüvvə fikrinizcə kimlər olmalıdır - ədəbiyyatımız nəzərdə tutulur - (gənc, orta, yoxsa yaşlı nəsil)?
Gələcəyi olanlar!
- Ən çox bəyəndiyiniz əsəriniz?
Yazdıqlarımın hamısı mənə əzizdir - bəlkə... cırıb atdıqlarım belə... - İlla da, bir əsər göstərməliyiksə, hələlik, "Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası..." adlı məruzəmi fərqləndirəlim... ANAR müəllimin "model məruzə" dediyi o məruzəni Yazıçıların XII Qurultayı qarşısında, "Türk Dünyasında Ədəbiyyat" adlı hesabat konfransında oxumuşdum...
- Ən az bəyənmədiyiniz əsəriniz (hansı əsərininzi yenidən işləmək istərdiniz)?
Bu barədə düşünməmişəm...
- Ən çox xoşladığınız peşə?
Yenə eyni cavabı təkrarlamalı olacam: Bu barədə düşünməmişəm...
- Ən çox bəyəndiyiniz insani özəllik?
Comərdlik!
- Ən çox bəyənmədiyiniz insani özəllik?
O şey ki, "insani özəllik"dir o necə ən "bəyənmədiyimiz kateqorisi"nə girə bilər?
- Ən çox sevdiyiniz yazıçı və ya şair?
İsa Muğanna, Can Yücel.
- Ən çox hansı sosial şəbəkədən istifadə edirsiniz?
"Feysbuk".
- Ən çox sevdiyiniz geyim brendi?
Brend zövqüm sabit sayılmaz...
- Ən çox sevdiyiniz telefon markası?
"Nokia"
- Ən çox sevdininiz maşın markası?
Bugün etibarı ilə "Honda"...
- Ən yaxşı dostunuz kimdir?
Bu necə sualdır, a sağ olmuş?
- Ən sevimli idman növünüz?
Futbol.
- Ən çox hansı vacibdir: İş, sevgi yoxsa istirahət?
Bunlar bir bütövün parçalarıdır...
- Ən çox sevdiyiniz rəqəm və nə üçün?
3. - "Niyə"si açıq qalsın...
- Ən çox sevdiyiniz rəssam?
Ən çox sevdiyim rəsm(lər) ola bilər... ancaq "ən çox sevdiyim" deyə nişan verəcəyim rəssamı bəlirləməmiş durumdayam...
- Ən çox sevdiyiniz kinofilim?
İdeoloji yüklərini önplanda tutmasaq, Sovet dövrü filimlərimizin böyük əksəriyyəti "Ən..." kateqorisinə layiqdir. Dünya kinosuna baxarsaq, gənəl olaraq, Maksimuslu "Qladiator"...
- Ən çox sevdiyiniz telekanal?
"Bu suala uyğun "Ən" cavabəm yoxdur...
Yenə, "National Geografi TV" ola bilər...
- Ən çox sevdiyiniz mahnı?
Mən "Kral orkestri"nə də, Vivaldinin bəstələrinə də, Pavarottiyə də, Barış Mançonun əsrarlı mahnılarına da, Songül Qarlının oxuduğu türkülərə, şərqilərə də, öz aşıqlarımızın şahanə ifasına (örnəyi, Aşıq İmranın "Əmimoğlu Ağbulağa gəlmədi"sinə, Mikayıl Azaflının "Gözlərim"inə, Aşıq Əkbər Cəfərovun "Ay Mirzə dayı"sına...) da - hər birinə özgü zövqlə qulaq, göz, ruh verə bilirəm... - Hərəsinin öz yeri var... ancaq sualınızın tələbi gərəyi, rəhmətlik Nəzakət Məmmədovanın ifasında... "Harda olsam gələrəm" deyək...
- Ən çox sevdiyiniz ədəbi janr?
Şeir.
- Ən çox sevdiyiniz Azərbaycanlı aktyor?
Xalq artisti Yusif Vəliyev.
- Ən çox sevdiyiniz teatr tamaşası?
"YUĞ"un, "Pantomim"in bəzi tamaşalarını fərqləndirmək olar. Teatr tamaşaları baxımından hələlik "Ən"im yoxdur...
- Ən xoşlamadığınız keyfiyyət (müasir qızlar və oğlanlar nəzərdə tutulur)
Ədəbsizlik. Əlbəttə, bütün müasir gənclərimizə aid deyil.
- Ən çox xoşladığınız şeir parçası?

"...Qoca Azaflıyam, dilim var lalam,
Təbrizdə qardaşım, Sibirdə balam...
Elə bir dərd varmı çəkməmiş olam?! -
Bax, onlar ağartdı saçımı mənim..."

- Ən çox xoşladığınız atalar sözü?
"Haqq nazilər, üzülməz!"
-Ən çox həyatda nə ilə qarşılaşmısınız -məhəbbətlə, yoxsa nifrətlə?
Məhəbbət deyəlim...
-"ƏN" olmaq üçün nə etmək lazımdır.
Ədalətli olmaq, yaxşı düşünmək, comərd davranmaq...
- Sizin üçün "ƏN" rubrikasında ən maraqlı sual hansı oldu?
Birinci sual...
- Ən çox hansı sualın sizə verilməsini istərdiniz?
Kitabla, şəhərlə, futbolçu (ümumən idmançı) ilə, komanda ilə bağlı suallar ola bilərdi... Üstəlik, buradakı bəzi sualları verməmək də olardı, deyə düşünürəm...


TƏQVİM / ARXİV