adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Mart 2015 21:53
1636
MƏMLƏKƏT
A- A+

Azərbaycan yay vaxtına keçir

Martın 29-da Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək. 


Adalet.az xəbər verir ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblər bir saat irəli çəkilir.

Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.