adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Mart 2015 21:25
954
HADİSƏ
A- A+

FHN-dən intihara cəhdlə bağlı açıqlama

Martın 4-də Bakıda intihar cəhdinin qarşısı alınıb. 


Adalet.az FHN-ə istinadən xəbər verir ki, Bakının  Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ticarət mərkəzinin damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırmaq mümkün olmadığından əlverişli şəraitdən istifadə edərək vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verilib.