adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Mart 2015 21:10
1627
MƏMLƏKƏT
A- A+

TQDK və Bilik Fondu arasında saziş imzalanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi, müştərək layihələrin icrasının təmini və informasiya mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb. 


Adalet.az TQDK-ya istinadən xəbər verir ki, sazişdə əhalinin elmi biliklərin müxtəlif istiqamətləri üzrə maarifləndirilməsi məqsədilə təşkilat və təbliğat xarakterli tədbirlərin birgə həyata keçirilməsi, azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi, hüquqi və dini dəyərlərin ölkə ərazisində və xarici ölkələrdə təbliği, orta, ali, texniki peşə təhsili müəssisələrində gənclərin hüquqi maarifləndirilmələri və s. məsələlərdə birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur.

Sənəd, həmçinin yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin təbliğ olunmasını, Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi və tanıdılması istiqamətində tədbirlərin təşkili və digər sahələri əhatə edir.