adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Mart 2015 18:18
1737
DÜNYA
A- A+

Berdiməhəmmədovun ərdoğanla görüşü anasına görə təxirə düşdü

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyədəki rəsmi səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb. 


Adalet.az-ın məlumatına görə, Berdiməhəmmədov rəsmi səfər çərçivəsində bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəkdi. Ancaq dövlət başçısının anasının qəflətən halının pisləşməsi prezidentin ölkəsinə dönməsinə səbəb olub.

Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov səfər çərçivəsində bu gün İstanbulda Ərdoğanla görüşəcəkdi. Bununla yanaşı, Berdiməhəmmədovun Çırağan Sarayında Beynəlxalq Türkmənistan İnvestisiya Forumunda iştirakı da gözlənilirdi. Ancaq prezidentin səfər proqramında qəfil dəyişiklikdən sonra Berdiməhəmmədov Ankaradan İstanbula gəlməyib və birbaşa ölkəsinə qayıdıb.