adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Mart 2015 18:21
1975
GÜNDƏM
A- A+

Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib

Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib.

Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Elşən Abbasov tutduğu vəzifədən azad edilərəkBaş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri,Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinat barədə məlumatıAPA-ya təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəlBaş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri,Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Rasim Hacıyev tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyin edilib.

apa