adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Mart 2015 18:16
1079
HADİSƏ
A- A+

Sürüşmə yolun dağılmasına səbəb oldu

Adalet.az CTV-yə (Region TV) istinadən bildirir ki, Cəlilabad rayonunda, Cəlilabad-Yardımlı avtomobil yolunda sürüşmə baş verib. 

Hadisə Cəlilabad rayonunun mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən Pərdi kəndinin ərazisində qeydə alınıb. Belə ki, son günlər havaların qarlı-yağışlı keçməsi rayonun ucqar dağ kəndlərinin bəzi ərazilərində olduğu kimi Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində sürüşməni aktivləşdirib. Nəticədə avtomobil yolu sürüşərək yararsız hala düşüb. Mütəxəssislərin fikrincə, həmin ərazi aktiv sürüşmə zonası hesab olunur. Avtomobil yolundan isə 50-yə yaxın yaşayış məntəqəsinin, eləcə də Yardımlı rayonunun əhalisi istifadə edir. Sürüşmə aktivliyi davam edərsə, Cəlilabadla Yardımlı rayonları arasında əlaqə tamamilə kəsilə bilər. Cəlilabad rayon fövqəladə hallar komissiyasının sədri Asif Əzizovun verdiyi məlumata görə, hazırda sözügedən ərazinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Onu da deyək ki, Cəlilabad-Yardımlı avtomobil yolunun həmin ərazisi ötən il tikilərək istifadəyə verilib.