adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Mart 2015 18:09
3741
KRİMİNAL
A- A+

“Əli və Nino”dan oğurluq edən şəxs saxlanılıb

Martın 3-də "Əli və Nino” kitab mağazasından oğurluq edən şəxs saxlanılıb. 


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov KİV-ə açıqlamasında bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs dünən axşam elə hadisə yerindəcə saxlanılıb. O Sabirabad rayon sakini 1997-ci il təvəllüdlü Xəlilov Şəhruz Rəşid oğludur. Ş.Xəlilov Nəsimi rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Q. Rəhimov bildirib ki, "Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərli hadisə ilə bağlı dəfələrlə polis bölməsinə dəvət edilməsinə baxmayaraq, gəlməyib. Hadisə ilə bağlı cinayət işi açılıb, digər zəruri istintaq əməliyyatları davam etdirilir.