adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Mart 2015 17:41
1689
DÜNYA
A- A+

Erməni əsilli rəqqasə həbs edildi

Misirdə məşhur olan erməni əsilli rəqqasə Sofinar ölkənin bayrağını təhqir etdiyinə görə polis tərəfindən həbs edilib.  

Rəqqasə Misir bayrağından açıq-saçıq geyimlə səhnəyə çıxdığı üçün narazılığa səbəb olub. Bundan sonra o, sorğuya çağrılıb. Lakin bir neçə saatdan sonra girov müqabilində azad edilib. 

Yerli qanunlara əsasən, bayrağın təhqir olunması bir il həbs və ya 4000 min ABŞ dollarında cərimə ola bilər. Sofinar Misirdə çox məşhurdur, o artıq bəzi filmlərdə və teleşoularda iştirak edib. Erməni rəqqasə həmçinin nüfuzlu toylarda çıxış edir. O bir neçə dəfə Misirə sevgisini etiraf edib və həmişəlik orada qalmağa hazırlaşdığını bildirib.