adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Mart 2015 17:19
1515
İDMAN
A- A+

Bakı-2015 : Medallar təqdim olundu

2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının medallarının təqdimat mərasimi təşkil olunub.


 Apasport.az saytının məlumatına görə, tədbirdə qızıl, gümüş və bürünc mükafatlar təqdim edilib.

 

Medalların üzərində dekorativ Bakı-2015 brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər əks olunub.

 

Mükafatın mərkəzində Avropa Oyunlarının loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdı. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir.

 

Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdu. Medallar "Azersuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

 

 

Bakı-2015-in startına 100 gün qalması ilə əlaqədar keçirilən tədbir zamanı çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq medalların tərtibatının təqdim olunmasına da münasibət bildirib: "Avropa Oyunları medallarının bədii tərtibatını ictimaiyyətə təqdim etməklə, 100 günlük gerisayımın başlanğıcını qeyd etmək və Bakıda yarışacaq qitənin ən güclü idmançılarının uğurlarını səbirsizliklə gözləmək də həyəcanvericidi. Biz idmançıları özlərini daha yaxşı göstərə biləcəkləri arenalarla təmin edəcəyik. Mən bu göz oxşayan medal tərtibatlarının onların cəhdlərinə qarşılıq verəcəyinə inanıram”. 


Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb.

 

Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb. Sərbəst güləşdə sabiq olimpiya çempionu bildirib ki, dövlət qayğısı son yarışlarda uğurlu çıxışımızı təmin edib. O, medalın tərtibatının çox gözəl olduğunu bildirib və hər idmançıya bu medallardan birinə sahib olmağı arzulayıb.

 

Zəkiyev də iştirakçılara uğurlar arzulayıb: "Bütün idmançılara Namiqin təqdim etdiyi qızıl arzulayıram. Sabah bədən tərbiyəsi günüdü. Bu münasibətlə hər bir idmançını təbrik edirəm. Medala əlimi vurdum, əladı”.

 

Qeyd edək ki, Avropa Oyunlarının medalının çəkisi 380 qram olacaq.