adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Mart 2015 16:54
3983
ƏDƏBİYYAT
A- A+

Şair Məmməd İsmayılın adına Türkiyədə mükafat

Türkiyənin Çanaqqala şəhərində Akademik Şeir Ailəsi Kültür və Ədəbiyyat Dərnəyi  azərbaycanlı şair Məmməd İsmayılın şərəfinə mükafat təsis edib. "Məmməd İsmayıl özəl ödülü” adlanan mükafat hər il Çanaqqala şəhərində keçirilən Uluslararası Şeir Festivalı çərçivəsində təsis edilir. Bu festivalda türk dünyasının çeşidli bölgələrindən tanınmış şairlər iştirak edir və hər il bir nəfər qələm adamının adına təsis edilən mükafat öz sahibinə verilir.

 

"Məmməd İsmayıl özəl ödülü”nün ilk sahibi Uluslararası Kültür və Ədəbiyyat Dərnəyi başqanı Uğur Kılıç olub. Festivalın yekun gecəsində şair adını daşıyan mükafatı laureata təqdim edib.