adalet.az header logo
  • Bakı 19°C

"BAŞDAŞI ƏHVALATI" ÜÇ DİLDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
17388 | 2015-03-04 08:52
Barəsində bəhs etdiyim bu kitab ötən ilin sonlarında oxuculara təqdim olunmuşdu . Həmin təqdimatın əks sədası kimi mən də öz oxucu fikirlərimi kitab barəsində "Ədalət"i oxuyanlara çatdırmaqla yanaşı, həm də müəyyən mülahizələrimi də dilə gətirmişdim. Təbii ki, bu, bir oxucu arzusu idi. Həmişə oz oxucularına sayqı ilə yanaşan Salatın xanım "Başdaşı" əhvalatı kitabından sonra özünün son hekayələrini, publisist qeydlərini topladığı daha bir kitabı ilə də oxucuların görüşünə gəldi və həmin kitabı həm çapdan əvvəl, həm də çapdan sonrakı məziyyətləri, yaratdığı fikir, özünə cəlb etdiyi münasitbət barəsində də oxucuları artıq xəbərdardılar.
Açığıqnı deyim ki, bir-birinin ardınca torpaq həsrətimizə, Xocalı dərdimizə, Qarabağ itkimizə, Şuşa nisgilimizə, 20 yanvar qəhrəmanlığımıza və bütövlükdə böyük Azərbaycanımıza ünvanlanan hekayələrin, xatirə-oçerklərin, publisist yazıların həm sırası, həm əhatə dairəsi, həm də həmin mövzuların özünün rəngarəngliyi təbii ki, bir yazıçı üçün bir uğurdu. Ən azından ona görə ki, bu gün hər kəsin istedadı və bacarığı çərçivəsində yanaşdığı Vətən dərdi elə bir mövzudu ki, ona söz həsr edəndə mütləq fikrə qoşulmalar, təkrarlar, oxşarlar baş verir. Bax, bundan qorunmaq, bu böyük mövzunun içrəsində öz mövzunu tapmaq təbii ki, həm istedad, həm də böyük zəhmət tələb edir. Yəni mövzunu qələmə almamışdan öncə onun nöqtəsindən vergülünə qədər içərisində yaşamalısan, onu xəyalında, yuxunda görməlisən, gözünün önündə canlandırmalısan. Məhz bundan sonra mövzu artıq sənin olur və sən onu həm yaşayırsan, həm də yaşadırsan. Bax, bütün bu sadə görünən, amma böyük əməyin bəhrəsi olan mövzunu tapıb ortaya qoymaq prosesi oxucu ilə müəllifi də domalaşdırır. Bunun da konkret səbəbi var. Həmin səbəb isə müəllifin oxucuya mövzunu təptəzə kimi təqdim etməsidi, orjinalı ortaya qoymasıdı.
Bəli, dəyərli oxucularımıza xatırladım ki, ötən ayın, yəni fevralın 24-də Salatın xanımın son kitablarının oxucuları təqdimatı keçirildi. Həmin təqdimatda oxucular bir yeniliyin də şahidi oldu. Hər kəsə hədiyyə olunmuş kitabı vərəqləyəndə şəxsən mən qəribə hisslər keçirdim. O hislərin qəribəliyi də kitabın oxucuya üç dildə təqdim edilməsi idi. Yəni "Başdaşı əhvalatı" kitabı rus və ingilis dillərinə də təqdim olunmuşdu. Ən maraqlısı da o idi ki, kitab doğma dilimizdə olduğu kimi, həmin dillərdə də çox nəfis təqdimatla, dərdlərimizi əks etdirən fotolarla, yəni danışan şəkillərlə birlikdə oxucuların ixtiyarına verilmişdi. Əldə etdiyimiz bilgilərə görə, kitabın ölkə hüdudlarından kənarda yayılması, dünya xalqlarına dərdlərimizin çatdırılması baxımından dəyərli mənbə olduğunu nəzərə alan ictimai təşkilatlar və qurumlar, həmçinin Xocalı həqiqətlərini dünyaya çatdırmaqda çoxsahəli, prinsipial işlər görən Heydər Əliyev Fondu "Başdaşı əhvalatı" kitabının yüksək poliqrofik nümunə kimi tirajlanmasına dəstək olubg
Bəli, "Başdaşı əhvalatı" kitabı artıq üç dildə öz oxucusunun qapısını döyür. Xatırladım ki, Salatın Əhmədlinin bu kitabını ingilis dilinə Sevil Gültən, rus dilinə Pəricahan tərcümə edibdi. Bu münasibətlə həm tərcüməçiləri, həm də müəllifi təbrik edib onlara yeni uğurlar arzu edirik.



TƏQVİM / ARXİV