adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Mart 2015 13:26
3623
KRİMİNAL
A- A+

Bakıda şantajla məşğul olan qadınlar həbs edildi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib

Martın 2-də Bakı şəhərində paytaxt sakini Zəminə Məmmədova (ad və soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 3000 ABŞ dollarını alan şəxslər saxlanılıb. Adalet.az-ın Daxili İşlər Nazirlyinin saytına istinadən verdiyi məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şantaj edən Masallı rayon sakinləri Nigar Seyfullayeva və Günay Ağayeva tutulub.