adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Mart 2015 13:00
3235
KRİMİNAL
A- A+

Azərbaycanlı avtoritet tutuldu

Çelyabinsk polisi hədə-qorxu yolu ilə vətəndaşlardan külli-miqdarda pul tələb edən iki cinayətkarı yaxalayıb.

 

Saxlananlardan biri kriminal dünyanın Çelyabinsk üzrə "nəzarətçisi”, avtoritet İlham Osmanovdur.

 

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, saxlanılanlar Çelyabinskdə yaşayan bir biznesmendən hədə-qorxu yolu ilə 11 milyon rubl və sahibkara məxsus "Wolksvagen Passat” avtomobilini tələb edirmişlər.

 

Şübhəlilər saxlanılan zaman onların üzərindən tapançaya bənzər əşya tapılıb. Hazırda həmin əşya kriminal ekspertizadadır.