adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Mart 2015 12:59
1722
MƏMLƏKƏT
A- A+

Market sahibi alıcıları aldadıb

İqtisadiyyat və Sənaye Nazirliyi daha bir iri marketin fəaliyyətində nöqsanlar aşkar edib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus "Seval" marketdə aparılan yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

 

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.