adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Mart 2015 12:10
1335
MƏMLƏKƏT
A- A+

Azərbaycan gömrükçülərindən əməliyyat - Foto

Azərbaycan gömrük orqanı əməkdaşları tərəfindən pirotexniki məmulat və xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Növbəti belə fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən "Kamaz” markalı, 35-BF-757 dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq müşayiət altında "İpək Yolu” gömrük terminalına gətirilib və nəqliyyat vasitəsində olan mallara baxış keçirilib.
Baxış zamanı avtomaşının içərisindən heç bir yük müşayiət sənədi olmayan 115 120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8 372 ədəd fişəng aşkar edilərək götürülüb.

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən isə respublikaya qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaretlər aşkar olunub. Belə ki, Azərbaycan vətəndaşı Bədəlov İlkin Ramiz oğlunun idarə etdiyi "Mercedes Benz E 200” markalı, "99-GX-179” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan vətəndaşı Süleymanov Rac Xanlar oğluna məxsus 28 ədəd müxtəlif rəngli polietilen torbaların içərisindən üzərində heç bir aksiz markası olmayan 5 250 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.