adalet.az header logo
  • Bakı 19°C
04 Mart 2015 11:28
2147
DÜNYA
A- A+

Türkiyə prezidentinin təyyarəsi havada qaldı

Səudiyyə Ərəbistanından rəsmi səfərdən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi havada qalıb. Adalet.az-ın türk mətbuatına istinadən məlumatına görə, Səud Hava Yollarından birinə məxsus təyyarə Səbihə Gökçən Hava Limanında enişi zamanı texniki nasazlıq səbəbi ilə uçuş zolağında qalıb. Yaranan vəziyyətə görə hava limanında yarım saat uçuşlar dayandırılıb.

Hava limanından verilən açıqlamada bildirilib ki, eniş həyata keçirə bilməyən təyyarələr havada dövrə vurmağa məcbur olublar. Nasazlığı olan təyyarə uçuş zolağından aparıldıqdan sonra bütün reyslər bərpa edilib.

Havada qalan təyyarələrdən biri də Türkiyə prezidentinin olduğu təyyarə idi. Uçuşlar dayandırılmadan 10 dəqiqə əvvəl Ərdoğanın şəxsi təyyarəsi Ankaradan İstanbula doğru uçurmuş. Yaranan problem səbəbi ilə həmin təyyarənin havada 2 dəfə dövrə vurduğu, uçuşlar açıldıqdan 18 dəqiqə sonra yerə endiyi bildirilir.