Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | GİLAN ƏFSANSİ Adalet.az | GİLAN ƏFSANSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GİLAN ƏFSANSİ

18163    |   2009-12-19 02:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
   
   
   
   Qızıl ordunun Şərqə yürüşü əslində o dövrdə bolşevik hökumətində ikinci sima olaraq tanınan Lev Davıdoviç Trotskinin dünya proletar inqilabı ideyasının tərkib hissəsi idi. Onun ürəyindən Orta Asiyanın ardınca İranı, Əfqanıstanı, Hindistanı və daha haraları sovetləşdirmək keçirdi. Bu məqsədlə müəyyən qoşun hissələrində xüsusi təlimlər keçirilirdi. Dünya inqilabı alovunun qığılçımı bir yandan Avropanı, digər tərəfdən Şərq ölkələrini bürüməliydi. Çar II Nikolayın qızılları bu ideyanın gerçəkləşməsi üçün sağasola səpələnirdi. Amma bolşeviklər keçmiş Rus imperiyasının torpaqlarında hakimiyyəti ələ almağa müvəffəq olsalar da, ölkə daxilində siyasi və iqtisadi mövqeləri yetərincə möhkəm deyildi. Rusiya üçün dünya proletariatını bütünlükdə səfərbər etmək mürəkkəb vəzifə idi. Əfqanıstan əmiri Əmənulla beynəlxalq aləmdə rusların yaxın dostu kimi tanınırdı. Kremldə onu hücumla deyil, başqa yolla ələ almağı məqsədə uyğun görürdülər. Ona görə öncə hədəfdə ilk növbədə İran dayanmışdı. Hələ 1920-ci ilin yanvar ayının 25-də Türkistan cəbhəsinin komandanı Frunze İnqilabı Hərbi Şuraya göndərdiyi məktubunda yazırdı ki, İrana müdaxilə, orada qızıl ordunun yaradılması böyük vəsait, hərbi texnika, silahsursat tələb edir. Ölkəyə maneəsiz daxil olmaq üçün hüququ əsası olan bəhanəni Frunze fikirləşib tapmışdı. Xəzər dənizində ağqvardiyaçıların gəmiləri Ənzəli limanına lövbər salmışdı. Onları geri almaq məqsədilə sərhədi yubanmadan keçmək anlayışla qarşılanardı. Fyodor Raskolnikov da Trotskinin əmrinə əsasən hərbi gəmiləri ilə İran sahillərinə üz tutdu. Əmrdə deyilirdi ki, Xəzəri ağ qvardiyaçılardan nəyin bahasına olursa olsun təmizləmək lazımdır. Bunun üçün lazım gələrsə, desant qoşunlarından da istifadə edilə bilər. İran Qızıl ordusunun ümidinə qalsa, onlar təkbaşına bu vəzifənin öhdəsindən gələ bilməzdi. Aydın məsələdir ki, İran torpaqlarına müdaxilə təkcə gəmiləri ələ keçirmək üçün deyildi. Görünür orda məskən salıb mövqeləri möhkəmləndirəndən sonra bolşeviklərin Şərqə yürüş planını həyata keçiriləcəkdi.
   
   
   
   ***
   
   Avqustun 20-də Lev Davıdovuç Trotskinin imzasıyla Bakıya göndərilən teleqramda deyilirdi ki, Qafqazdakı ordu birləşmələrinin Şərqə istiqamətləndirilməsi barədə söz ola bilməz. Ona görə ki, Respublikanın əsas vəzifəsi Vrangel qoşunlarını darmadağın etməkdir. Lakin İran kommunist partiyasının rəhbərliyi, ələlxüsus Abukov və onun milliyətcə latış xanımı M.Bulle qətiyyən geri çəkilmək niyyətində deyildi. Həmin dövrdə Bakıda "İran kommunist təşkilatları bürosu" adı ilə yeni qurum yaradılmışdı. Maraqlıdır ki, onun rəhbərliyində bolşeviklərdən B.Mdivani, A. Mikoyan, V. Lomidze təmsil olunurdu. Onlar Moskva ilə Londonun diplomatik oyunlarında oyuncaq olmaqdansa, yaranmış tarixi fürsəti əldən qaçırmayıb, Gürcüstan, Ermənistan və Azərbaycan kimi İranı da sovetləşdirməyin tərəfdarı idi. Mdivaninin təkidi ilə iyulun 10-da İran Kommunist partiyası Mərkəzi Komitəsi məxfi qərar qəbul edir. Sənəddə Kuçek xanı zərərsizləşdirmək, onun hökumət üzvlərini milli azadlıq hərəkatı liderliyindən kənarlaşdırmaq üçün konkret tədbirlər həyata keçirmək tapşırılır. Kuçek xanın da özünə bağlı gizli məlumat mənbələri var idi. Kommunistlərin məkrli niyyətindən xəbər tutan kimi, mənasız yerə müqavimət göstərməklə, günahsız qan tökülməsinə razı olmur. Könüllü surətdə hakimiyyətdən uzaqlaşıb yenə doğma meşələrə, dağlara çəkilir. Düşünür ki, bu vəziyyət çox sürməz. Yəqin ki, süngünün ucunda Arazın o tayından gətirilən sosializm sovqatı bir gün süpürülüb tarixin çöplüyünə atılar. Mdivani Mikoyanla birlikdə 800 yaraqlı əsgərlə Bakıdan yola çıxıb iki günə İran inqilabçılarının köməyinə yetişir. Döyüşlərdə Rus qoşunlarının bir hissəsi əsir düşsə də, hərbi gəmilərdən atılan topların hesabına Ənzəlidəki mövqeləri qoruyub saxlamaq mümkün olur. Sahilə çıxan kimi əsgərlər bir baş ön cəbhəyə yollandılar. Qanlı döyüşlər amansız şəkil almışdı. Rəşt yenidən inqilabçıların əlinə keçsə də, yerli sakinlər artıq onlara işğalçı gözüylə baxırdı və əvvəllər olduğu kimi dəstəkləmirdi. Şəhərin ildırım sürəti ilə alınması barədə sentyabr ayının 5-də Rus hökumətinin səlahiyyətli nümayəndəsi Şalva Zuraboviç Eliava Moskvaya məruzə etdi. Lakin yerli əhali kiçik fasilələrlə teztez bayraq dəyişməkdən bezmişdi. Güvəniləcək əminaman yer axtarışında evini tərk edən insanlar çoxalırdı. Digər yaşayış məntəqələrini də qorxu və təlaş içində kəndlilər tərk edirdi. Paytaxtla əlaqəsi kəsildiyindən Gilan respublikası iqtisadi və maliyyə böhranı içində ağır günlərini yaşayırdı. Ehsanulla hökuməti artıq vəziyyətə təsir etməkdə aciz idi. Onun nə vəsaiti, nə gücü qalmışdı. Getdikcə mübarizə əzmi də azalan yerli camaatda rus əsgərlərinə qarşı inamsızlıq, qorxu hissi yaranırdı. Ş.Eliavanın müşahidələrinə görə, Kuçek xan fəaliyyətdə olan inqilabçı qüvvələri öz ətrafında birləşdirəcək ciddi fiqur olmasa da, Ehsanulla ilə müqayisədə daha ləyaqətli idi. O, rəhbərliyə ünvanlanan məxfi məlumatlarında yazırdı ki, Ehsanulla əsil degeneratdır, əsəb xəstəsidir, çox güman ki, uyuşdurucu düşkünüdür. Hökumətin tərkibinə daxil olan solçular və kommunistlər Ehsanullanın cürbəcür hoqqabazlıqlarına dözməyib ondan uzaqlaşıb. Hadisələri real qiymətləndirən müşahidəçi Mərkəzin nəzərinə çatdırırdı ki, belə adamların hökumətin tərkibində qalması və ya getməsi,əslində böyük əhəmiyyət kəsb etmir və mahiyyət etibarı ilə heç nə dəyişmir. Bizim İranda apardığımız bütün işlər Raskolnikov da daxil olmaqla, ordunun, siyasi işçilərin yolverilməz hərəkətləri, Kuçek xan, Ehsannulla xan kimi siyasi cındırlarla əlbir fəaliyyətimiz İranda Sovet Rusiyasının nüfuzunun itirilməsinə gətirib çıxartdı. Xalq kütləsinin dəstəyindən məhrum olandan sonra Ehsanulla bizim hərbi düşərgədə daldalanır. İran kommunistlərinin Mərkəzi Komitəsi, onun Bürosunun fəaliyyəti və ictimaisiyasi əhəmiyyəti isə ayrıca araşdırılmalıdır... Mənim şəxsi mülahizələrimə görə, nəticə qənaətbəxş deyildir. Yaxın gələcək üçün iki seçim var: ya hörmətlə bu məmləkəti tərk etmək, ya da bir baş Tehrana doğru irəliləmək."
   
    Yazılanlardan göründüyü kimi, Ş.Eliava vəziyyəti kifayət qədər dolğun və doğru dəyərləndirib Moskvanı qəti addımlar atmağa çağırırdı. Sentyabrın 14-də Xarici İşlər Xalq Komissarlığına, surəti daha iki ünvana Leninə və Trotskiyə göndərilən teleqramda Eliava İranın işğal planı ilə əlaqədar konkret təkliflərini bildirirdi. O da Frunze kimi Kremli xəbərdar edirdi ki, bunun üçün küllü miqdarda hərbi və maliyyə resursları tələb olunacaq. O illərin sənədləri ilə tanışlıq göstərir ki, eyni məsələyə hakim komandanın nümayəndələri arasında müxtəlif yanaşma və qiymətləndirmənin mövcudluğu Kremli bir qədər çaşdırırdı. Məsələn, Ordconakidze Lenini xəbərdar edirdi ki, İranda heç bir şey alınmır. Xarici İşlər Xalq Komissarının müavini L. Qaraxan isə Tehrana hərbi yürüşün tərəfdarı olaraq tanınırdı. Biz bununla ingilislərə Şərqdə hərbi gücümüzü nümayiş etdirmiş olarıq, deyirdi.
   
   
   
   ***
   
   Noyabrda Iran Qızıl ordusunun əsgərləri mövqelərindən geri çəkilməli oldular. Ordconikidze yaranmış vəziyyətdə çıxış yolunu baş komandan Qarqaletelini kommunist N.Qikalo ilə əvəzləməkdə gördü. Bir yandan da Ordconikidze Moskvada şahın səfiri ilə görüşə gəlmişdi. Söhbət əsasında həyasızcasına bəyan edir ki, İranda rus qoşun hissələri yoxdur. Fəqət lazım gələrsə, Moskva İran ərazisində hərbi əməliyyatların ləğvinə, Azərbaycan qoşunlarının evakuasiyasına vasitəçilik edə bilər.
   
   Çiçerin yubanmadan Ehsanullanın hakimiyyətini devirməyi tələb etsə də, Bakı bu göstərişlərə etinasız yanaşırdı. 1921-ci ilin yanvar ayında Xalq komissarları Sovetinin sədri Nəriman Nərimanovun yanında Ordconikidzenin iştirakı ilə gizli müşavirə keçirildi. Söhbət, ehtiyac olarsa, şah ordusu ilə döyüşmək qabiliyyəti olan qoşun hissəsinin yaradılmasından gedirdi. Bir yandan da Eliava Ehsanulla və onun yaxın ətrafının inandırmağa çalışırdı ki, Rusiya hökuməti ilə Şah rejimi arasında bağlanan sülh müqaviləsi, eləcə də digər rəsmi sənədlər gözləmə və manevr etmə siyasətinə uyğun atılan taktiki addımlardır.
   
   Fevral ayının 26-da Moskvada dövlət səviyyəsində Risiyaİran münasibətlərini tənzimləyən yeni müqavilə bağlandı. Martın 16-da isə artıq İngiltərə ilə rusiya arasında ticarət müqaviləsi də imzalandı. Bu sənədə əsasən bolşeviklər Asiyada Britaniyanın maraqlarına zidd olan hər hansı bir dövlət quruluşunu, xalq hərəkatını dəstəkləməyəcəyini vəd edirdi. Sovet qoşunları İran ərazisini may ayından etibarən tərk etsələr də, Gilan respublikası müstəqilliyini bir müddət saxlaya bildi. Küçek xanla Ehsanulla yenidən öz aralarında ortaq məxrəcə gəlib İnqilab komitəsi yaratdılar. Onun tərkibinə kürdlərin rəhbəri Halu Qurban və İran kommunist partiyasının yeni liderlərindən olan Heydər Əmoğlu (Tarıverdiyev E. B.) də daxil oldu. Ehsanulla hələ də böyük xəyallarından vaz keçməmişdi. Tehrana hücum sevdası onu rahat buraxmırdı. Dəstəsində ruslar da az deyildi. Şair V. Xlebnikov, rəssam M. Dobrokovski, yazıçı X. Muquyev, Rusiya Federasiyası Xarici İşlər Xalq Komissarlığının Şərq şöbəsinin keçmiş müdiri A.Voznesenski ( o da sol eser idi. - E.B.) döyüşçülərlə bərabər hərbi əməliyyatlarda iştirak edirdilər. Günlərin birində Ehsanulla ürəklənib Tehrana doğru yürüşə başladı. Paytaxtla arada cəmi-cümlətanı bircə yüksəklik qalmışdı. Ora da alınsa, demək olar ki, son məqsədə aparan yol maneəsiz qalacaqdı. İsti yay günlərinin birində Ehsanullanı günəşin qızmar şüalarımı vurdu, şeytanmı yoldan çıxardı, dəqiq bilmərəm. Amma nəticədə xan öz qoşunu ilə qorxut-əlaş içində geri çəkməyə başladı. Belə özbaşınalığa görə İnqilab Şurası tərkibindən çıxarıldı. Depressiya vəziyyətinə düşən Ehsanulla xan çıxış yolunu uyuşdurucu maddələrdə tapınca, lider kimi get-gedə tamam heç oldu.
   
   
   
   ***
   
   1920-ci ildə Azərbaycanın işğalından sonra İranın daxili işlərinə qarışmaq ruslara nəticə etibarı ilə uğur gətirmədi. Onlar yenidən Araz çayını adlayıb Sovet Azərbaycanına qayıtdılar. Gilan könüllüləri cəbhə xəttini mümkün olduğu qədər saxladı. Lakin payızın gəlişi liderlər arasında münasibətlərə də soyuqluq gətirdi. Şeyx Məhəmməd Xiyabani öldürüldü. Azadistan qurmaq istəyənlərin əksəriyyəti ən yaxşı halda məzarıstanda torpağa tapşırıldı. Heydər Əmoğlu və onun yaxın ətrafı xəyanət nəticəsində Kuçek xanın adamları tərəfindən öldürüldü. İndiyədək inqilabçılarla çiyin-çiyinə vuruşan döyüşçülərin bir qismi şah ordusunun tərəfinə keçdi. Dərd əlindən dağlarda dolaşadolaşa axırda soyuqdan donan Kuçek xanın kəsilmiş başını Halu Qurban adlı kürd əsilli keçmiş müttəfiqi, həm də Gilan Sovet Respublikasının Hərbi İnqılab Şurasının üzvü, dekabrın 10-da Tehrana gətirib şah sarayında əyanların ayaqları altına atdı. Bunun müqabilində ənam olaraq hərbi nazirdən qiymətli bəxşişlə bərabər, general rütbəsi aldı. Ehsanulla isə Bakıya mühacirət etməklə canı hökmdarın qəzəbindən qurtuldu. Amma ömrünü öz əcəliylə başa vurmaq ona nəsib olmadı. 1937-ci ildə tüğyan edən repressiya dalğası xanı öz ağuşuna alıb o dünyaya apardı. Blyumkinsə vəzifəsini yerinə yetirəndən sonra Moskvaya qayıtdı. Hökumət onun əməyini "Qırmızı Bayraq" ordeni ilə qiymətləndirdi. Qarşıda isə onu yeni və daha mürəkkəb tapşırıqlar gözləyirdi...


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK