adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Mart 2015 11:16
3326
KRİMİNAL
A- A+

Dələduzluq edən paytaxt sakini tutuldu

Bakıda dələduzluq edən şəxs tutulub. 

 Bakı şəhər Baş Polis İdarəsindən Adalet.az-a verilən xəbərə görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin dekabr ayında Bakı şəhər sakinləri - Yusif Mirzəxanovdan 500 , 1992-ci il təvəllüdlü Vaqif Cəfərovdan 200 manat nağd pulu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Akif Arif oğlu Gözəlov tutulub.