adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Mart 2015 10:49
9010
KRİMİNAL
A- A+

Bakıda oğurluq etmiş qadın tutulub

Bakıda oğurluq etmiş qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il yanvarın 20-də 05 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dollar və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunraq tutulub.

Araşdırmalar davam etdirilir.