adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Mart 2015 10:49
3481
KRİMİNAL
A- A+

Şəmkirdə bıçaqlanma hadisəsi

Şəmkir rayon sakini 26 yaşlı Elşad Mustafayev üzərində bıçaq yaraları olan xəsarətlərlə rayon mərkəzi xəstəxanasına gətirilib.

Adalet.az Kəpəz TV-yə istinadan xəbər verir ki, həkimlər tərəfindən əməliyyat olunan yaralı travmatologiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin stabil olduğu bildirilir.

Şəmkir rayon polis şöbəsindən verilən məlumata görə Elşad Mustafayevi qohumu 45 yaşlı Natiq Mustafayev bıçaqlayıb.

Hələlik qanlı olayı törədən şəxsin saxlanılması mümkün olmayıb.

Şəmkir polisi bu istiqamətdə əməliyyat axtarış tədbirlərini davam etdirir.