adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Mart 2015 10:32
2218
MƏMLƏKƏT
A- A+

Bu rayonlarda qaz olmayacaq - Siyahı

Şəmkir rayonunun, eləcə də Bakının Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, daşıyıcı qaz kəməri üzərində tənzimləyicinin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar 04 mart 2015-ci il tarixdə saat 10:00-dan 16:00-dək Şəmkir, saat 10:00-dan işlər başa çatanadək isə Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.