adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2015 20:57
2569
MƏMLƏKƏT
A- A+

Naxçıvanda müəllimlər attestasiyadan keçirilir

Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlik fəaliyyətinin stimullaşdırılması və müəllimlərin əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə martın 1-dən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilir. 


Adalet.az Naxçıvan Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Azərbaycan dili və ədəbiyyat” fənn üzrə keçirilən ilk attestasiya imtahanında muxtar respublika üzrə 996 müəllim iştirak edib.

İmtahanlar Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün şəhər, rayon mərkəzlərində və qəsəbələrində təşkil edilib. İki saat müddətində yazılı test formasında keçirilən attestasiyada müəllimlərə 40-ı ixtisas, 25-i metodika və 15-i informasiya-kommunikasiya texnologiyaları sahələri üzrə olmaqla, 80 sual təqdim olunub.