adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

çOX YORğUNAM, EY MiLLƏTiM

VƏDAT KUŞAKLI
16712 | 2009-12-12 01:49
Yorğunam. Çox yorğun...
   
   Amma Donuz qripindən deyil, genetiyi dəyişdirilmiş ürünlərdən deyil, 37-38 ildi qürbətdə olduğumdan da deyil, 33 il əsgərlik yapdığımdan da deyil...
   
   Anam, atam, ondan əvvəl bacım rəhmətlik oldular. Cani-dildən hıçqıraraq ağladım, amma yorğun deyildim. Ən azından ağlaya biləcək bir enerjim vardı.
   
   Qürbətdə yaşamaq insanın ətindən hər gün ət qopması kimi daimi əskiklik və daimi iztirab... Amma yorğunluğum bundan da deyil. Özləməyə yorulurmu insan?
   
   Hadi artıq söyləyəlim neyçün yorğunam. Çünki mən bilməcə, bulmaca hazırlayan biri deyiləm nəticədə...
   
   Xainliklərdən, yalanlardan, ikiüzlülərdən, nankorlardan, hiyləgər düşmənlərdən, qoynumuzdakı ilanlardan dolayıdı bu yorğunluğum.
   
   Türkiyənin göz görə-görə, bağıra-bağıra ta buralara qədər sürüklənməsindəndir bu yorğunluğum...
   
   Çanaqqalada kim savaşdı? Dərsimdə nə oldu? Yorğunluğum cavabı çox yaxşı bilinən bu sualların hiyləgər və xain torundan dolayıdı.
   
   Çanaqqalada Mustafa Kamal Atatürkün komandanlıq etdiyi Osmanlı ordusunun əsgərləri savaşdı.
   
   Dərsimdə bir kürd qızına aşiq olan Türk ordusu leytenantının boynuna ip keçirib, küçələrdə döyüb-söyüb dolaşdıracaq qədər azmış olan kürd irqçilərinin üsyanı basdırıldı. Üsyan ya basdırılır, ya basdırılır.
   
   Bunun başqa mümkünü yoxdu. Çünki sən üsyanı basdırmazsan, üsyan səni basdırar.
   
   Çox yorğunam.
   
   Asılması gərəkən dövlət və millət düşməni, körpə qanı tökən, hamilə qadınları da "Kalaşnikov"la dəlik-deşik edən qanlı çətənin rəislərini "Liderimizdi. Onu nəzərə almadan barış olmaz. Qaldığı İmralıdakı yaşam şərtləri yaxşılaşdırılmadan barış olmaz, yoxsa bütün millət olaraq sinəmizi sipərə döndərərik" deyib işarələr vuran və hələ də qapadılmayan rəsmi, markalı siyasi partiyaların mövcudiyyətindən dolayı yorğunam...
   
   Açılım modasından sonra Mərsin, Diyarbəkir, İzmir, İstanbul, Həkkəri küçələrində polisə, əsgərə daş, "Molotov kokteyli", fişəng yağdıran, söyüş yağdıran saldırqan Vətən və millət xainlərindən, dövlət və xalq düşmənlərindən dolayı yorğunam...
   
   Çox yorğunam.
   
   Azərbaycan, Avstraliya, Avstriya, Almaniya, Kipr, Makedoniya, Bolqarıstan, Yunanıstan, Amerika Birləşmiş Ştatlarındakı soydaşlarımızın qəzetələrinə üç ildi məqalə yağdırıram. Türküstan, Krım, Qafqaz, Özbək türkləri üçün yağış kimi fikir, duyğu, düşüncə ürətirəm.
   
   Amma xainliklərin, rəzilliklərin, iftiraların, Vətən və millət düşmənlərinin könlümə, ağlıma verdiyi yorğunluq qədər böyləsinə heç yorulmadım.
   
   Yorğunam.
   
   İndi izn verin bir az dincəlmək istəyirəm.
   
   İzn verin dincəlim.
   
   İçim qan ağlayır, çünki...

TƏQVİM / ARXİV