adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Mart 2015 15:10
7903
SAĞLAMLIQ
A- A+

Telefonsuzluq xəstəliyi həkimləri ayağa qaldırdı

Dövrün ən vacib texnikası olan mobil telefonların həyatı asanlaşdırması ilə yanaşı, ziyanlarının olduğunu bilirik. Dəfələrlə, mobil telefonların yaydığı radiasiyanın insan orqanizmi üçün təhlükəli olduğu barədə danışılıb. Üstəlik mobil telefonlardakı digər funksiyaların (oyun, internet, musiqi) insanı adi məişətdən belə ayıran, gününün çox hissəsiuni "sovuran" olduğunu nəzərə alsaq, ziyanının xeyrindən çox olduğunu görərik. Bütün bunlar azmış kimi, mobil telefonun ziyanları sırasına biri də əlavə olunub: telefon enerjisinin vacib məqamda bitməsi və ya telefonun evdə unudulması... Bu halın baş verməsi ilə insanda yaranan əsəb nəticədə panikanın yaranmasına, nevrozun başlamasına hətta ürəkbulanma və qusmanın da qeydə alınmasına gətirib çıxarırmış. Bütün bunları nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı telefonsuz qalmaq qorxusunu artıq psixoloji xəstəlik kimi qeydə alıb.

Bu gün yer üzündəki insanların 50 faizindən çoxu gecələr yatarkən telefonunu söndürmür. 19 faizi isə telefonsuz qaldıqları zaman özlərini sudan çıxmış balıq kimi hiss edirlər. Mütəxəsisslərin apardığı araşdırma zamanı o da məlum olub ki, bu cür insanlar telefonsuz qaldıqları an beyinlərində təhlükə siqnalı yaranır və bu səbəbdən də onlar mobil telefonsuz özlərini təhlükədə hiss edirlər.

Sözügedən  xəstəliyə qarşı mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı həkimlərə insanları bu asılılıqdan qurtarmaq üçün xüsusi psixoloji müalicə metodları hazırlamağı tövsiyə edib.