adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

PAPAQATDI

1304 | 2015-03-03 01:47


Dünya yaranandan sonra, ümumilikdə bəşəriyyətin lazımi axarına düşməsi, dəyişdirilməsi üçün dahi insanların elmi ixtiralarına, kəşflərinə, sözlərinə böyük ehtiyac duyulmuşdu. Bu dəyişikliyin axır-baxarında yunan filosofları kimi Azərbaycan filosoflarının, o cümlədən Heydər Hüseynovun, Camal Mustafayevin, Ziyəddin Göyüşovun, Əziz Məmmədovun, İzzət Rüstəmovun və başqalarının böyük rolu olmuşdur. Hazırda hər vaxt olduğu kimi dünyanın gedişində, formalaşmasında alim ixtirasına, kəşfinə, dəyərli sözünə böyük ehtiyac duyulur. Son illər Azərbaycan elmində heç bir dəyərli elmi kəşflər, ixtiralar gözə görünmür. Belə olduğu halda keçmişdən bizə miras qalmış elmi nailiyyətlərə, söz-söhbətlərə, adətlərə, dahi insanların ünvanına söz xatirəsi üçün söz demək, yersiz sözlər işlətmək heç də məqsədə uyğun deyildir. Bu gün əsrlərdən bizə miras qalmış adət və ənənələrə qarşı çıxmaq, onun üzərinə kölgə salmağa heç kəsə ixtiyar verilmir.
Bu günlərdə Novruz bayramında atılan papağa başqa don geydirmək, papak bizim arımız, namusumuzdur demək, yüngül, lazımsız, dəyərsiz sözlərlə bir sıra təkliflər verməyə heç kimin haqqı yoxdur. Əsrlər boyu bu gün bizə gəlib çatan papaqları kişilər XVIII və XIX əsrlərdə başlarına qoyub, atlarına minib bu diyardan getmişlər. Sizin dediyiniz ləyaqət rəmzi olan papağı bu gün heç kimin başında görməzsiniz! Yəqin bunu bilmirsiniz ki, papaq atdı, rəmzi məna dahıyan bir addır. İndi nə dam var, nə də onun bacası ki, ordan papaq atalar. Bu gün biz ağır qatarla dünyanın sonuna doğru gedirik. Hazırda dünyanın sonu sürət qatarına yüklənib bizə tərəf gəlir. Gəlir, özüylə qasırğalar, tufanlar, böhranlar, zəlzələlər və böyük fəlakətlər, təlatümlər gətirir. Bu gün çox mütərəqqi fikirli alim, filosof sözünə böyük ehtiyac duyulduğu halda, belə lüzumsuz təkliflərdə məqsədiniz nədir? Əgər yeni torba forması kəşf edib- ixtira edib, Novruz bayramında atmaq üçün işbazlarla əlaqə qurmaq istəyirsinizsə, ayrı sahələrdə arayın-axtarın. Xalqın əsrlərdən gəlmiş ata-babalarının qoruyub saxladığı adətlərə müdaxilə edib, onun üzərinə kölgə salmayın!
Müasir cəmiyyətin bu təlatümlü-ağrılı, acılı- hər hansı bir alim ixtirasına, kəşfinə, dəyərli sözünə, təklifinə ehtiyac duyulduğu bir vaxtda bir dəyərli təklifiniz, sözünüz varsa, deyin yoxdursa, hamı kimi süst qalıb cəmiyytin axarı ilə axın!

TƏQVİM / ARXİV