adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Mart 2015 10:48
804
HADİSƏ
A- A+

Gəncədə iki avtomobil toqquşub - yaralanan var

Gəncədə iki avtomobil toqquşub.

Adalet.az kəpəz TV-yə istinadan məlumat verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

VAZ 21015 markalı avtomobilin sürücüsü 23 yaşlı Kamran Əhmədov Təbriz küçəsi ilə hərəkət edərkən VAZ 2107 markalı avtomobilin sürücüsü 45 yaşlı İsmayıl Mehdiyev qəfildən onun qarşısında dönmə əməliyyatı edib.

Nəticədə hər iki avtomobil toqquşaraq səkiyə çıxıb.

Qəza zamanı VAZ 2107 markalı avtomobilin sürücüsü İsmayl Mehdiyev gözündən xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər DYP-i tərəfindən araşdırma aparılır.