adalet.az header logo
  • Bakı 17°C
02 Mart 2015 22:49
1545
DÜNYA
A- A+

İŞİD “twitter” rəhbərini hədələdi

İŞİD "Twitter”in rəhbəri Jack Dorseyiyə qarşı çağırış edib. 


İŞİD  terror qurumu tvitterdə onlara məxsus səhifələri silməsinə görə, sosial şəbəkə rəhbəri Jack Dorseyi ölümlə təhdid edib. İŞİD üzvləri tviter rəhbəri ilə bərabər, qurumun işçilərinin də cəzalanacağını bildirib. Bununla bağlı İŞİD-çilərə təlimat verilib.  

Qeyd edək ki, İŞİD üzvlərinin tviterdə 45 mindən çox səhifələri olmuş, onların 18 mini silinmişdi.