adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Mart 2015 19:55
1734
GÜNDƏM
A- A+

Mobil operatorlar yoxlanılacaq

Martda Azərbaycanın mobil rabitə operatorlarının ("Bakcell”, "Azercell” və "Azerfon”) göstərdikləri səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyətinin yoxlanılması üzrə ikinci mərhələyə başlanacaq.

Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən deyiblər.

Monitorinq iki ay ərzində keçiriləcək və Bakının mərkəzi rayonlarını və ətraf ərazilərini əhatə edəcək.

Monitorinq çərçivəsində mobil operatorların şəbəkələrində səs və məlumat ötürmə xidmətlərinin keyfiyyəti yoxlanılacaq.(azvision.az)

Qeyd edək ki, birinci monitorinq 2014-cü ildə keçirilib. Həmin vaxt ciddi pozuntular aşkar edilmişdi.