adalet.az header logo
  • Bakı 18°C
02 Mart 2015 19:42
1104
SİYASƏT
A- A+

Müsavat seçkilərə hazırlaşır

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
26 fevral 2015-ci il tarixdə Xocalı faciəsi qurbanlarının anım tədbiri ilə bağlı "Ana fəryadı” abidəsinin ziyarət edilməsi barədə məlumat dinlənilib.
27-28 fevralda Divan və MNTK üzvlərinin iştirakı ilə Şəki, Cəlilabad, Şamaxı, Siyəzən, Göyçay və Salyan şəhərlərində rayon təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən zona müşavirələrinin yekunları müzakirə edilib. Bu həftə respublikanın digər regionlarında zona müşavirələrinin keçirilməsi barədə qərar qəbul olunub. 
Müsavat Partiyası başqanının müavini Elman Fəttah və Divan üzvü Başxanım Abbaslı Səbail rayon təşkilatında keçirilən hesabat-seçki yığıncağı və Dadaş Əhmədovun təşkilatın yeni sədri seçilməsi barədə məlumat veriblər.
Siyasi məhbusların məhkəmə proseslərinin diqqətdə saxlanması barədə tapşırıqlar verilib. 
Divanda manatın devolvasiyası və Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar böyük maliyyə israfçılığının ölkə iqtisadiyyatına öldürücü zərbə vuracağı və onun nəticələri barədə fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlərə baxılıb.