adalet.az header logo
  • Bakı 18°C
02 Mart 2015 18:35
968
HADİSƏ
A- A+

“Bakcell” dən oğurluq edən şəxslər tutulub

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell” MMC şirkətinə məxsus ötürücü stansiyaların yerləşdiyi ərazidən kommunikasiya batareyalarının oğurlanmasında şübhəli hesab olunan şəxslər Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində qısa müddət ərzində tutulub. Həbs olunan şəxslər öz ifadələrində 12 ədəd batareyanı Bakı ətrafında yerləşən ötürücü stansiyadan oğurladıqlarını etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri aparılır.
 
Qeyd edək ki, həmin şəxslərin təqsiri sübut edilərsə, onları uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
"Bakcell” MMC bildirir ki, şirkətin ötürücü stansiyaları 24 saat ərzində işləyən təhlükəsizlik kameraları ilə təchiz olunub və yüksək keyfiyyətli videogörüntülər təhlükəsizlik məqsədilə arxivləşdirilir. Bununla yanaşı, müvafiq obyektlərdə oğurluq və digər qanunsuz əməllərin qarşısını almaq məqsədilə siqnalizasiya və sair yüksək texniki vasitələrdən istifadə olunur.