adalet.az header logo
  • Bakı 12°C
02 Mart 2015 18:19
1080
MƏMLƏKƏT
A- A+

FHN tikintidə uçqunla bağlı məlumat yaydı

Bakının Nizami rayonu ərazisində 8-ci kilometr bazarının ("Vosmoy bazarı”) arxasında gedən tikintidə qəza baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dördmərtəbəli ticarət mərkəzinin ikinci mərtəbəsinin tikintisi gedərkən beton tökülən zaman uçqun olub. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb.

 

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Ekspert qqrupu hadisənin başvermə səbəbini araşdırır.