adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

FIRILDAĞA KÖKLƏNƏN İSTEDAD

BABƏK YUSİFOĞLU
56751 | 2015-03-02 18:00

Görəsəninsan oğlu malik olduğu xarakteri, vərdişləri, psixoloji-əqli imkanlarısonradan, yəni yaşayaraq düşdüyü mühitdə qazanır, yoxsa hər şeyi irsən özüyləgətirir? Bir çoxları belə iddia edir ki, insanın bir fərd kimi formalaşmasındayaşadığı şərait ən başlıca rol oynayır. Genetik yaddaş, irsi xüsusiyyətlərəsaslı gücə sahib olmur. Ya da onlar müvafiq mühitin təsiri nəticəsindəpassivləşərək özlərini büruzə verə bilmirlər. Və fərdləri mühitformalaşdırır.

Əksfikirli mütəxəssislərə görə isə insan doğularkən özü ilə bərabər genetikkodlar, spesfik imkanlar gətirir və bu irsi xüsusiyyətlər dominant rola malikolurlar. Və şəxsi əhatə edən mühit ona ciddi təsir göstərə bilmir. Yəni,birisinin, məsələn, rəssam kimi yetişməsindən ötrü yaşadığı mühit onunformalaşmasında heç bir rol oynamır, bunun üçün sənətkarlar nəslindən olmasıyetərlidir. Əslində bu tendensiyalrı dəstəkləyən hər iki tərəfin də irəlisürdüyü dəlilləri, söykəndiyi faktları tamamən inkar etmək mümkün deyil. Çünkihər birinin doğru tərəfləri var və hər bir iddianın yetərincə örnəkləri dəmövcuddur.

Bunlardanxeyli fərqli daha bir mühakimənin tərəfdarları da var ki, onlar da haqsız hesabedilmirlər. Onlara görə, insan oğlu hər iki versiyanın ortaq daşıyıcısıdır.Yəni, o həm mühitin, həm də irsi xüsusiyyətlərin birgə "məhsuludur".

Əlbəttə,bunların hər biri üzərində uzun-uzadı müzakirə, hətta elmi mübahisə aparmaqmümkündü. Lakin reallıq budur ki, bu versiyaların heç birinə"doğrudur" hökmü verilə bilməz. Bəlkə bunların elə hamısı yanlışdı,kimsənin anlamadığı tamam başqa qanunauyğunluqlar var? Axı nə həyat, nə dəinsan düsturlara, elmi nəzəriyyələrə, hesablamalarag sığmır. Və buna cəhdedənlərsə olsa-olsa öz versiyalarını söyləyirlərg

FrenkAbiqneyli tanıyırsınızmı?.. O haradanbaşlayıb, nələrdən keçib, harada dayanıb?..

***

(Əvvəli qəzetin 24 fevral sayında)

Təyyarəçi-pilotun növcud imtiyazları onun işinə yaradığı üçün bu addanlazım olan müddətlərdə geninə-boluna yararlanırdı. Aviakompaniyalarınəməkdaşlarının mehmanxanalardan güzəştli istifadə edə bilməsi, yoxlamalardanadi sərnişinlərdən daha sadə keçəmələri,daha ucuz qiymətə səyahət etmə imtiyazları... ona müəyyən fırıldaqları həyatakeçirməkdə inanılmaz yardımlar etmişdi.

İkinci pilot kimi təyyarəninidarə edilməsiinə gəlincə, "niyəsə” həmişə onun qanında alkoqol aşkarlandığıüçün Frenki idarəetmə pultu arxasına buraxmamışdılar. Öz "pilot” rolunu olduqca məharətlə ifa edənFrenk Abiqneyl kimsədə şübhə yaratmadanuzun müddət səyahətlərini sürdürmüşdü. Təsəvvür etmək belə olmur ki,gerçəkdə təyyarəçiliyə dəxli olmayan bu adam dünyanın 26 ölkəsinə 1. 000. 000.000 mil məsafə qət etmiş, 250-dən çox reysin "pilot”u olmuşdur. İnanılmaz birişdir...

Bu elə-belə sadəcə şans məsələsi deyildi. Onun haqqında yazılanmateriallardan aydın olur ki, Frenk Abiqneyl çox üstün fərdi keyfiyyətlərə malikbirisi idi. Çox güclü yaddaşı, iti hafizəsi, öyrənmək qabiliyyəti.. vardı. Sondərəcə diqqətli, müxtəlif mövzularda söhbət etmək bacarığına malik olan Frenk istənilən məqamda sakit vətəmkinli davranmağı da bilirdi. Texnikivasitələrdən yaxşı başı çıxırdı. Bir sözlə adam böyük istedad sahibiydi. Yoxsabir neçə ölkənin hüquq-mühafizə orqanlarının birlikdə onu əlimyandıdaaxatarması elə də uzun sürməzdi.

Onun haqqındakı faktları vərəqlədikcə aydın olur ki, dövlətlər arasındakı sərhədlər də Frenk üçün deyildi. Peşəkar dolandırıcı həryerə çatırdı. İlk dövrlərdəki hədəflərindən biri də banklardı. Və bundan ötrüo, təkcə Birləşmiş Ştatların deyil, bir çox ölkələrin iri şəhərlərindəkibankların xüsusiyyətlərini, hər birinə məxsus çeklərin xüsusi nömrələrinn hansı rəqəmlərlə başlayıb, hansı rəqəmlərlə bitdiyini, hesablardan pulunköçürülməsi ilə əlaqədar prosedurları, ümumiyyətlə bütün detalları əzbərbilirdi.

Çeklər üzərində apardığı saxtakarlığı elə məharətlə edirdi ki, – bu işdən ötrü xüsusi alətləri də tapmışdı– onu yalnız diqqətli yoxlamalardansonra aşkarlamaq mümkün idi. Frenkin situasiyaya uyğun usta davranışlarını danəzərə alsaq, banklardan böyükməbləğlərin onun cibinə nə təhər girdiyinə şübhə yeri qalmır.

                                            MİSTER PARKER«ƏIMƏLİYYAT»I…

Günlərin birində Frenk növbəti «əməliyyatını» həyata keçirmək üçüniki bankı hədəfə almışdı: Bobovo Dövlət Bankını və ondan bir qədər aralıdayerləşən Yeni Köçmənlər və Mülk sahibləri Əmanət Assosasiyasını (YKMƏA). Həminhadisə belə baş vermişdi. Texniki məsələlərin hamısını həll edib ona lazım olanmüştərilər haqqında kifayət qədər məlumat toplayan Frenk YKMƏA-ya gələrəkkassir xanımların birinin pəncərəsinə yaxınlaşdı:

– Mən əmanət hesabı açdırmaqistəyirəm. Arvadım mənimlə deyinir ki, hazırkı hesabımızda biz çoxlu pulsaxlayırıq. – Frenk bilirdi ki, beləkənar banklarda sadədil əməkdaşlar çox olur.

– Oldu ser, nə qədər köçürməkistəyirsiniz?

Qabaqcadan hər şeyi nəzərə alsa da özünü düşünən kimi göstərib:

– Hımm... Düşünürəm ki, 6.500dollar, – dedi.

Bobovo Dövlət Bankına aid çek bloknotunun üzərində çox məharətlə«işləyən» Frenk söylədiyirəqəmi yazıb çeki kassirə təqdimedərkən heç nədən şübhələnməyən xanım mexaniki şəkildə yalnız çekin yuxarı sağküncündəki nömrəyə və dövlət bankından olduğunu bildirən işarələrə sadəcə nəzər salmağı yetərli saydı. Müştərisinəgülümsəyən kassir dedi:

– Yaxşı, mister Parker. Sizpulu tez almaq istəsəniz, bir neçə gün gözləməliydiniz. Amma çek yerli bankdanolduğu üçün sizə üç gün də bəs edəcək.

Bu əməliyyat üçün Parkerə çevrilən Frenk Abiqneyl sakitcə:

– Bəli, anlayıram. – söyləyib razılıqlagülümsəyərək ona yazılmış yeni əmanət kitabçasınıı götürdü və Assosasiyadançıxdı.

Amma o, xanım əməkdaşın söylədiyi kimi 3 gün deyil, beş gün keçməsini gözlədi. Onun məntiqinəgörə, belə daha düzgün idi. Altıncı günsəhəri YKMƏA-ya gələrək bu dəfə əmanət kitabçasını tamam başqa bir kassirə verərək hesabından5.500 dollar çıxarmaq istədiyini bildirdi. Əmanət kitabçasına, oradakı yaxın tarixə nəzər salankassir heç nədən şübhələnmədən deyilən məbləği beş-on dəqiqə içərisində onnunqarşısına qoydu.

Pulları sakitcə götürüb çıxarkən kassirin "Uğurlar, cənab Parker”səslənməsinə Frenk ürəyində güldü. Niyə də gülməsin, hər şey əla alınmışdı, onaməxsus olmayan 5.500 dollar indicibindəydi. Frenk onu da gözəl bilirdi ki, əmanət bankı ənənəvi yoxlamahesabatında mütləq bu saxtakarlığıöyrənəcək. Amma o, həmin vaxt tamambaşqa məkanda, çox uzaqlarda olacaqdı. Artıq o, təyyarə meydanına az qalırdı...

Əvvəldə qeyd etdiyim kimi,peşəkar dolandırıcılığından, hiyləgərliyindən başqa Frenk həm də lazımi sənədləri də istədiyi şəkildə saxtalaşdırabilirdi. Əlbəttə, onun belə ustalığı olmasaydı, heç şübhəsiz ki, Frenk bu cüryüksək səviyyəli "əməliyyatlar” keçirərək böyük pulları qazana bilməzdi. Bundanbaşqa, digərləri üçün adi görünən hadisələrdən, həyat epizodlarından,təsadüflərdən, şəxslərdən... öz məqsədləri üçün istifadə etməyi inanılmazsəviyyədə bacaran bu fırıldaqçı heç birsituasiyada çaşmırdı.

                                                           MEKSİKADA…

Frenkin saysız-hesabsız əməliyyatlarından biri olan – "BirləşmişŞtatlar-Meksika-Birləşmiş Ştatlar-Meksika” "səyahət”i onun haqda çox şeylər deyir. İllər keçəndənsonra o özü bu hadisədən ətraflı şəkildə belə bəhs etmişdi:

"...Meksikadakı "işimdən” qazandığım 50 mini çamadanın iç astarınınaltına nazik dəstlər şəkilində, səliqə ilə yerləşdirib üstünə kostyumlarıyığdım. Əlbəttə, yaxşı gömrükçü onları o dəqiqə üzə çıxarardı və mən heçyoxlamaya qədər gedib çıxa da bilməzdim. Amma əynimdə "Pan Am” aviaşirkətin mundiri olduğu üçünməni nəzakətlə "Aero Mexiko” ekipajınınardınca təyyarəyə buraxdılar.

Mexikoda bir həftə qaldım. Sonra təsadüfən beş günlük istirahətə gəlmiş «Pan Am»ın cavanstüordessasıyla tanış oldum. Onun xahişiylə təyyarəylə Akapulkaya getdik. Havada olarkən xanımqəfldən səsləndi ki, aeroportdabankdan maaş hesabımdan pulgötürəcəkdim. – Təsəvvür et ki, indi pul kisəmdə cəmi 3 peso pulum var, –söylədi.

                                                                SATIN ALINANÇEK

– Bu qabalıq kimi görünməsin,istəyirsinizsə hesabınızdakı hesabı buradacapula çevirə bilərəm. Mən özüm də axşam bahkda çekimi depozitə göndərəcəyəm. Sizinkiləri dəöz bank hesabımdan çıxara bilərəm. Orada nə qədər pulunuz var?

Əslində mənim qızın hesabında olan pulların məbləği, ona nə qədər verəcəyim heç vecimə də deyildi.Çünki onlar "Pan Am”ın qanuni, gerçək çekləri olduğundan mənim üçün əsltapıntıydı. Razılaşdı və 288 dollar 15 sent verib çeki aldım. Oradakı məbləğ kiçikolsa da o çek mənə böyük pullar qazanmağımı təmin etdi”.

Yeni bir fırıldağını işəsalaraq həmin çeklə oradakı bankların birrndən6. 500 dollar götürən FrenkAbiqneyl dediyim kimi qarşısına çıxan vəona pul qazandıra biləcək heç bir təsadüfü boş buraxmırdı. Belətəsadüflərə harada, hansı şəraitdəüz-üzə gəlməsininsə heç əhəmiyyəti yox idi. İndi qalırdı həmin uğurlu «iş»dənsonra qızı yola salmaq, Frenk Uilyamskimliyini dəyişdirib yeni bir pasportla şəhəri təcili tərk etmək. Yoxsa ardıncabelə iz saxlamaq böyük təhlükəydi…

                                              XEYİRXAH KİTTİKORBERTT…

"...Mənimlə Akapulkada bir neçə gün dincələn xanım dostum qayıdıbMayamidəki bazalarına getdi. Mənsə istirahətimi davam etdirdim. Tezlikləqaldığım otelin meneceriylə bərk dostlaşdıq. Çalışırdım ki, münasibətlərimizdaha çox sıx olsun. Onunla şam yeməkləimin birində özümü çox dilxorgöstətərərək dedim:

– Pit, işlərim çox qarışıb.Nyu-Yorkdan boss zəng vurub dedi ki, sabah Londona getməlisən. Oradakı maşını(təyyarə nəzərdə tutulur-B.Y.) idarə etmək lazımdı, çünki onun pilotuxəstələnib.

– Elə bu?..

– İş ondadır ki, bura gələndəpasportumu özümlə götürməmişəm. Nyu-Yorkda unutmuşam. Nyu-Yorka gedib pasportugötürsəm, oradan Londona uçsam heç cür vaxtında çatdıra bilməyəcəyəm. Rəhbərlikmənim pasportsuz burada istirahətdə olduğumu öyrənərsə məni işdən qovar. İndi mənnecə edim, Pit?!

Onun üzü qayğılı halda gərildi. Xeyli düşündükdən sonra dedi:

– Kitti Korbertt adlı birdostumuz var. Tanınmış yazıçıdı. Buralarda hamının ona xüsusi rəğbğti var vəçox hörmət eləyirlər. Ən adi idarədəki işçilərdən tutmuş prezident sarayındakıvəzifəlilərədək. Elə o da özünükraliça-Ana kimi hiss edir. Bəlkə o, bizim üçün bir şey düşünə bilər…».


BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

(Ardı qəzetin 17 mart sayında)



TƏQVİM / ARXİV