adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 Mart 2015 17:34
1414
DÜNYA
A- A+

ABŞ Rusiyanı növbəti dəfə hədələyib

Minsk anlaşmaları yerinə yetirilməsə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək.

Adalet.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla keçirdiyi brifinqdə ABŞ dövlət katibi Con Kerri çıxış edib.

"Bir daha Rusiya liderləri və separatçılar tərəfindən Minsk anlaşmalarının Debaltsevo, Mariupol ətrafındakı rayon və digər strateji yerlərdə yerinə yetirilməsinin vacibliyini önə çəkdim. Həmçinin qeyd etdim ki, bu baş verməsə, Rusiya iqtisadiyyatına təsir edəcək nəticələr qaçılmaz olacaq”, - deyə o vurğulayıb.