adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2015 16:54
1425
GÜNDƏM
A- A+

Çanaqqala savaşının 100 illiyi ilə bağlı ədəbi müsabiqə elan olundu

Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Kültür-Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi

ŞANLI ÇANAQQALA SAVAŞININ 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ ƏDƏBİ MÜSABİQƏ

elan edir:

Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə təşkil olunan müsabiqəyə əsərlərin qəbulu 2015-ci il martın 2-dən aprelin 14-dək aparılacaq.

Müsabiqəyə əsərlər şərti imza ilə, çap halında 5 nüsxə olmaqla, zərfə qoyularaq təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdə isə müəllif haqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

5 nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.

Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşının ildönümü günlərində Azərbaycan Yazıçılar Birliyində keçiriləcək mərasimdə açıqlanacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək. Qalib seçilən əsərlər kitab halında buraxılacaq.

Əsərlər bu ünvana göndərilməlidir:

Az-1000, Bakı, Səbail rayonu, Xaqani küçəsi 53, Аzərbaycan Yazıçılar Birliyi, II мərtəbə. Arzu Mahmudova

Telefon: (012) 493 62 35

e-mail: arzu_zohrab@mail.ru