adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Mart 2015 16:13
955
HADİSƏ
A- A+

Gənc qadının qatili həbs edildi

Adalet.az DİN və Baş Prokurorluğun birgə məlumatına əsasən xəbər verir ki,

Qazax Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən "isti izlərlə” həyata keçirilmiş təxirəsalınmaz  istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlərnəticəsində cinayəti törətməkdəşübhəli bilinən Qazax rayonsakini,1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulmuşdur.

İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanışəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.