adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BARMAğIN TALEYiNi GÖSTƏRiRMi?

OQTAY SALAMOV
66697 | 2009-12-05 04:17
Həftə sonu siyasi, qalmaqallı yazılardan istirahət edib, alimlərin insanın əlləri, barmaqları və taleləri arasında hansı əlaqənin olması haqda maraqlı yazı oxumaq istəyirsinizmi? Rus mətbuatından bir az sərbəst manerada tərcüməni təqdim edirəm, mənimçün maraqlı gəldi, ümidvaram ki, zövqlərimiz üst-üstə düşəcək...
   
   
   
   TALEYİN ÜZÜYÜ
   
   HARANI GÖSTƏRİR?
   
   
   
   Alimlərin kəşfi: Həyatda çox şey əldəki barmaqların proporsiyasından (mütənasibliyindən) asılıdır.
   
   Bizim hansı barmağımız ən əsasıdır? Əlbəttə sürücülərin yolda ədəbsiz jestlər göstərdiyi orta barmaq yox. Hətta şəhadət barmağımız da liderlik iddiasında deyil, baxmayaraq ki, bizə düzgün kursu göstərməyə çalışır.
   
   Barmaqlar arasında ən əsası adısız, nişan üzüyü gəzdirilən barmaq sayılır. Ola bilsin ki, bu, heç də təsadüfi deyil. Axı, məğz etibarilə məhz o insanın xarakterini və taleyini müəyyənləşdirir. Amma təkcə özü yox, şəhadət, yəni baş barmaqdan sonrakı ikinci barmaqla müqayisədə. Hər halda, alimlər son vaxtlarda bunları təsdiqləyən yeni-yeni sübutlar əldə etməkdədirlər.
   
   
   
   DAHA UZUN VƏ GÖDƏK
   
   
   
   İlk baxışdan mənasız görünən bu barmaqölçmə ilə İngiltərənin Lankaşir qraflığındakı universitetdə psixologiya üzrə professor Con Menninq maraqlanır. Sonra digər ölkə alimləri də bu işə qoşulurlar. Nəticədə onlar təxminən 10 min kişi və qadının şəhadət və adsız barmaqları arasında mütənasibliyi ölçərək elm dünyasında "20:40" kimi tanınan tənasüb əldə edirlər.
   
   Məlum olur ki, adamlarda bu mütənasiblik müxtəlifdir. Loru dillə desək, bu müxtəliflik ondan ibarətdir ki, bəzilərində şəhadət barmaq adsız barmaqdan uzundur, bəzilərində isə əksinə, gödəkdir. Və indi alimlər bu fikirdədilər ki, bu fərqdə böyük məna gizlənib.
   
   Bu məna isə ana bətnində dölün üç aylığında ona təsir göstərən ana hormanlarındadır. Belə fikir var ki, adsız barmaq kişi hormonu testestorunun, şəhadət barmaq isə qadın hormanlarının estrogenin təsiri ilə uzanır. Normal kimyəvi balansda mütənasib barmaqlar alınır. Əgər bu balans pozulubsa, sonrakı həyatınızda sapmalar və onun nəticələrini gözləyin.
   
   
   
   OPİENTASİYANI YOXLAYIN
   
   
   
   Şəxsi həyatla bağlı suallara cavablar və sorğuya uyğun barmaqların ölçülməsi göstərir ki, kişilərin adsız barmaqları şəhadət barmaqlarına nisbətən uzundur. 20:40 tənasübünə bu, 0.97-0.99 təşkil edir. Qadınlarda isə tənasüb "başayaq"dır, yəni təqribən 1,1-dir. Yəni, adətən onların şəhadət barmaqları adsız barmaqlarından uzundur.
   
   Ölçüləri bu çərçivəyə uyğun gələn hər iki cins nümayəndələri əsasən getereseksual münasibət nümayiş elətdirirlər - kişilər qadınlara, qadınlar kişilərə üstünlük verirlər, yəni normal cinsi həyat yaşayırlar.
   
   Barmaqlar arasında fərqlərin aşkar gözə çarpması halları ya "qadın" proporsiyaları kişilərdə, ya da "kişi" proporsiyaları qadınlarda daha qabarıq üzə çıxır. Əgər professor Menninqə inansaq, fərqli barmaq sahiblərinin çox böyük istisnalarla ancaq bəziləri gizli və ya açıq "mavi"liklərini etiraf edib, digərləri öz "çəhrayı" arzularını gizlətməyiblər. Alimin hipotezinə görə, mütənasibliyi pozan və gərəksiz meyllər yaradan hələ ana bətnində "udulmuş" hormonlarıdır.
   
   
   
   MAÇO ƏLLƏRİNDƏN TANINIR
   
   
   
   Xatırladım ki, "müasir"lər maço deyəndə bütün, həm də cinsi mənada əsl kişiləri nəzərdə tuturlar.
   
   Liverpul universitetinin tədqiqatçıları hormonal hipotez əsasında özlərinə uyğun partnyor axtaran qadınlara tövsiyələr hazırlayıblar. Yəni, ana bətnində testestoron qəbul edənlərin adsız barmaqları daha uzun olur və onlar daha cəsur və seksual olurlar. Nəticədə yetkin kişi maço olur. Daha çox estrogen-qadın hormonları alanlar isə əksinə olur...
   
   Bu cür gümanların ədalətliliyini Emma Nelsonun başçılıq etdiyi Liverpul Universitetinin tədqiqatçıları da təsdiqləyirlər. Düzdür, onlar sorğu keçirməyiblər, ümumiyyətlə, insanları yox, meymunları tədqiq eləyiblər. Bəlkə də bu daha düzgün göstəricidir və təbiət fenomeninin daha təbiiliyindən xəbər verir.
   
   Beləliklə, adsız barmaqları daha uzun olan pavian və makakalar hamısı bir nəfər kimi dalaşqan və bayağıdırlar, sekslə aktiv və fərq qoymadan məşğul olurlar. Yəni, əlbəttə meymun miqyasında maçodurlar. Şəhadət barmaqları adsıza nisbətən uzun olanlar isə, əksinə, sakit və hətta monoqamdırlar (yəni özünə bir dişi ya tapa, ya tapmaya).
   
   Kişilərdə hansı barmağın uzun olmasını qadınla daha yaxşı qiymətləndirər. Onlar özləri seçməlidirlər ki, kim daha sevilməlidir - monoqam erkək, yoxsa maço...
   
   Yəqin ki, Xemnits universitetində gəlinən nəticələr qadınları maraqlandıracaq. Orada kişi erkəklərin müayinəsi göstərib ki, kişinin adsız barmağı nə qədər uzundursa, o həyatda daha çox seksual əlaqədə olub.
   
   
   
   YERİ GƏLMİŞKƏN
   
   
   
   Barmaqla hesablayaq?
   
   
   
   Alimlər orqanizmdə gedən gizli prosesləri öyrənmək üçün barmaqları ölçməyə başlayıblar. Və hələ bunu çox öyrənəcəklər. Amma bu elmdən həyatın xeyirinə artıq bəzi nəticələr əldə edilib. Məsələn, kavalerlər "ölçə bilərlər" ki, xoşları gələn xanımla ciddi maraqlanmağa dəyər, yoxsa yox. Yaxud həmin xanım üçün kişilər nə dərəcədə maraqlıdır, vaxt itirməyinə dəyərmi?
   
   "Mütənasiblik" məntiqi ilə şəhadət barmağı daha uzun olan qadınlara diqqət yönəltmək lazımdır - daha tez dil taparsınız... Həddən artıq "qızğın" qadınların şəhadət barmaqları adsız barmaqlarından 3-4 millimetr uzun ola bilər. Onlar ünsiyyətli və şəndirlər. Çoxuşaqlı analar arasında bu mütənasiblik daha çox nəzərə çarpır. Belələri seksdən tez həzz alırlar, amma damar xəstəliklərinə meyillidirlər.
   
   Nigah üçün barmaqları arasında fərq az olan rəfiqələr daha uyğundur. Az xəyanət edərlər. Barmaqlarının uzunluğu eyni olan qadınlar daha sədaqətlidirlər, amma etiraslı deyillər. Başqa sözlə, hisslər fontanı seçmək də olar, sakit həyat da...
   
   Kişilərin həddən artıq uzun adsız barmaqları bəzən onları əsl maçodan aktiv qeyə çevirir. Adsız barmağı çox uzun olan qadın isə lesbiyankaya çevrilə bilər. Orientasiya məsələsində barmaqlarının uzunluğu eyni olanların böyük əksəriyyəti normal olurlar. Alimlərin sorğularına görə, onların əksəriyyəti seksual azlıqlara acıyırlar, amma heç vəchlə onlara qoşulmaq istəmirlər.
   
   
   
   MÜTƏXƏSSİS FİKRİ
   
   
   
   Plyus-minus millimetr
   
   
   
   Rus seksapatoloqu İlya Vaysman deyir ki, taleyin təyini, xüsusən də barmaqların uzunluğuna görə seksuallığın müəyyənləşdirilməsi xiromantiya (əl cizgiləri ilə falabaxma) kimi şeydir - bəzisi inanır, bəzisi yox. Bu millimetrləri qovan alimlər özləri etiraf edirlər ki, bu tədqiqatların nəticələrinin tam düzgün olduğunu təsdiqləmək üçün bütün adamların, yəni 7 milyard adamın barmaqlarını ölçmək lazım gələr. Yəni hələ səhv etimalları istisna deyil...
   
   
   
   ELƏ BU VAXT
   
   
   
   Burada ölçü səna kəsb edir
   
   
   
   Bu yaxınlarda Bata universitetinin (İngiltərə) mütəxəssisləri öz tədqiqatlarının nəticələrini açıqlayıblar. Onlar alimləri tədqiq ediblər. Məlum olub ki, dəqiq elmlər sahələrinin nümayəndələrinin - kimyaçıların, fiziklərin, riyaziyyatçıların adsız barmaqları birmənalı olaraq şəhadət barmaqlarından uzun olur. Tədqiqatın rəhbəri Mark Brosnan eyham vurur ki, hormonlar hətta gələcək elmi orientasiyaya da təsir göstərir.
   
   Kembric universitetinin alimləri London birja maklerləri haqda statistikanı toplayıblar. Onların uğurlarını barmaqlarının uzunluğu ilə müqayisə ediblər. Məlum olub ki, 20 ay ərzində adsız barmaqları şəhadət barmaqlarından uzun olan maklerlər şəhadət barmaqları daha uzun olan həmkarlarına nisbətən 11 dəfə daha artıq qazanc əldə ediblər.
   
   Alimlər burada da testestorunun rolunu əsas götürürlər. Deyirlər ki, bu hormon adamı daha məqsədyönlü, xəsis və hər şeyi hesaba alan edir.
   
   Dahi idmançı kişilərin də adsız barmaqları şəhadət barmaqlarından uzun olur. Dahi idmançı qadınlarda şəhadət barmağı daha uzun olur. Amma onların hər ikisi immunitet zəifliyindən əziyyət çəkirlər.
   
   Maynts universiteti mütəxəssislərinə inansaq, adsız barmağı şəhadət barmağından uzun olan kişilər sükan arxasına keçəndə maşını bərk sürürlər, aqressiv olurlar və qaydaları tez-tez pozurlar.
   
   Onlar - maçolar belədirlər...

TƏQVİM / ARXİV