adalet.az header logo
  • Bakı 12°C
02 Mart 2015 15:02
4167
ƏDƏBİYYAT
A- A+

Bakı milyonçularının məşhur nəvəsindən etiraflarla dolu kitab

Fransada yaşayıb-yaratmış azərbaycanlı Ümmülbani (Banin) (iki məşhur neft milyonçusunun – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi) "Qafqaz günləri” adlı əsəri çap olunub.
Əsəri fransızcadan çevirəni və ön sözün müəllifi Hamlet Qoca, kitabın redaktoru  isə Azad Qaradərəlıdir. Kitab "XAN” nəşriyyatında dərc olunub. 

Fransız dilində qələmə alınmış "Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir.