adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Mart 2015 12:51
34004
AVTOMABİL
A- A+

May ayından sonra hamı dayanacaqlara!

Dayanacaqlarda "Wi-Fi” quraşdırılması aprel-may aylarında reallaşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq "Wi-Fi” sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq.  

Avtobuslarda ödənişlərə gəlincə, mart ayının sonuna qədər kart vasitəsilə ödənişlərin edilməsi üçün bütün işlər yekunlaşacaq. 

N.Həsənovun sözlərinə görə "Bakı 2015 Avropa” oyunları üçün nəzərdə tutumuş yeni avtobusların gətirilməsi məsələsində hər hansı problem olmayacaq: "Manatın deavalvasiyası bu məsələlərdə hər hansı çətinlik yaratmır. Avtobuslar gətirilib və gətirilməkdə də davam edəcək. Hansı istiqamətlərdə zərurət olduğunu aydınlaşdırırıq. Belə istiqamətlər müəyyənləşdikcə və zərurət yarandıqca yeni avtobusların alınması davam etdirilir”.

Bakı üçün ilkin mərhələdə Fransa istehsalı olan 302 ədəd avtobus alınıb. Bunlar "Mercedes” markalı mikroavtobuslar və İVECO markalı iritutumlu avtobuslardır.  Yeni avtobuslar Avropa Oyunlarına gələcək yüksək səviyyəli qonaqların daşınması üçündür.