adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Mart 2015 12:02
26017
AVTOMABİL
A- A+

“Əli və Nino” İçərişəhərdə 12 gün at oynadacaq

Bakıda "Əli və Nino” filminin çəkilişlərinin Içərişəhərdə aparılması ilə əlaqədar martın 2-dən 14-dək İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, martın 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaqdır.

Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaqdır. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəlindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.