ANA SƏHİFƏ / YAZARLAR

ONLAR... SONBAHAR VURĞUNU

17170    |   2009-11-27 00:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostlar, o gözəl insanı, bənzərsiz istedad sahibini, ömründə bir kimsənin qəlbinə dəyməyən o mərd kişini - Nadir Cabbarlını xatırlayırsınızmı? Unutmadınız ki?..
   
   Namuslu, təvazökar, həm də daha çox cəfakeş bir ədəbiyyat adamı kimi tanınan Nadirin yeri gerçəkdən həmişə görünməkdədir. Onun xarakterində və işdənkənar məişətində saf bir qədeş əxlaqı yaşanırdısa, qələmə aldığı yazılarında isə məsuliyyət və ideal ziyalılıq diqqət çəkirdi. Tutduğu mühüm vəzifəsində dəg
   
   Məni Nadirlə ilk dəfə görüşdürüb tanış edən Əkrəm Əylisli ilə Vaqif Bayatlı Odər olub. Yetmişinci illərin sonlarında. O vaxtlar mən rayonda işləyirdim. Nadirsə çoxlarının şirin xəyalları olan "Azərbaycan" jurnalında çalışırdı. Özü də baş redaktorun müavini, Əkrəm Əylisli dövrünün aparıcılarından birig Sovet dövründə əlində fürsət olub istedadlı gənclərə Nadir qədər köməklik göstərən kimsəni tanımadıq. Təbii ki, Əkrəm Əylislinin xeyir-duası ilə.
   
   Burada bir qədər ara verib Nadirlə bağlı çoxlu əhvalatlardan ikisini xatırlamaq istəyirəm. O vaxtlar mən hələ evlənməmişdim. Nadirin Yalçını isə 6-7 yaşlı şirin bir bala idi. Və mən nə qədər yaxın olsaq da, Nadiri görünür həm böyük vəzifəsinə, həm də ailə-uşaq sahibi olduğuna görə özümdən xeyli yaşlı hesab edirdim. Heç demə, o məndən cəmi iki yaş böyük imiş. Mən ailə qurmaq ərəfəsində valideynlərimə bildirdim ki, nişan məclisinə uzun illərin dostu Vaqiflə yanaşı, yeni dostlaşdığım Nadir də dəvət olunsun. 1979-cu ilin iyun ayının 10-da yığışıb qız evinə getmək üçün dəvətliləri gözləyirdik. Vaqif bir gün əvvəlcədən gəlmişdi. Müəyyənləşdirilmiş vaxt tamam olub hamı yığışsa da Nadirdən bir xəbər yox idi. Mən həm narahat, həm də pərt olmuşdum. Qadınlar eyvanda, kişilərsə həyətdə düzülmüş stullarda oturub istəkli adamlarının nişan mərasimini, orada daha kimlərin olacağını müzakirə edirdilər. Elə bu zaman küçə qapısı tərəfdən dabanlı ayaqqabıların iti yerişli tak-tuku eşidildi. Belə yeriş yalnız Nadirə məxsus idi. Küçə qapısından keçib həyətdə görünən kimi "nöş dayanmısuz, gedəyün dəg" deyərək hamıda xoş əhval-ruhiyyə oyatdı.
   
   Nadirlə Vaqif həmin ilin payızında toy mərasimində də ən yaxın dostlarım kimi yanımda oldular. Toy boyu Nadirin gözəl rəqsləri rayonda uzun illər danışıldı.
   
   Vaqif də bu toya qeyri-adi bir şeir yazmışdı...
   
   ... Bir dəfə Seyran Səxavət, Nadir Cabbarlı və mən İsmayıllı rayonuna qonaqlığa gedirdik. Burada Seyranın rəhbər vəzifəli bir dostu bizi gözləyirdi. Qısası, qarşılanma və münasibət həssas dostumuzun xoşuna gəlmədi. Xəlvətə salıb Seyrana dedim ki, gedək Göyçaya. Razılaşdı və biz Seyranın "Moskviç"ində həmin rəhbər işçini "indi qayıdırıq" deyib aldadaraq aradan çıxdıq. Göyçayda əvvəlcə Əli Kərimin məzarını ziyarət etdik. Sonra Ağanı (Ağa Hüseynovu) soraqlayıb tapdıq.
   
   Axşamsa məxsusi yeməkxanada əyləşib çox sərbəst və maraqlı söhbətlərlə yeyib-içirdik. Məndə elə o vaxtlardan adət idi, içkinin ən yaxşısını gətizdirərdim və ya özüm tapıb alardım.
   
   Masaya yalnız "Moskva" mehmanxanasının restoranında baha qiymətə satılan ən yaxşı araq şüşələri düzdürmüşdüm. Sevinirdim ki, nə yaxşı bu araqlardan ehtiyat saxlanılıb. Əvvəlcə fikir vermirdim. Ancaq sonradan gördüm ki, Nadir 10-15 dəqiqə ərzində iki dəfə məclisi tərk edib kupedən çıxdı. Təkrar çıxanda nigaran olub arxasıyca getdim. Nə görsəm yaxşıdır? Yeməkxananın bufetçisiylə yüz ilin tanışları kimi şirin-şirin söhbətdədir. Əlində də "tinli" stəkan. O qədəhlə 40-50 qram təmiz Moskva arağını içməkdənsə bufetə gəlib 180 qramlıq stəkanla Bakının neft qoxulu arağından yüz-yüz vururmuş. Məni görən kimi "Alə, məni öldürdün e, bu naz-nemətünlə, sən canın qoy burda bəsimi götürüm, yoxsa ləzzət eləmir" deyə nəcib bir təbəssümlə əlini boğazına apardı.
   
   Eh Nadir, Nadir...
   
   Qayıdıram Nadirin özünəməxsus tərzdə ədəbi mühitə gəlişinə. Yetmişinci illərin ortalarında bir çox istedadlı gənc şair və yazıçıların böyük iddia ilə ədəbiyyata gəlişi Azərbaycan oxucusunu hansı cazibəyə çəkmişdisə, Nadir Cabbarlının də ədəbi tənqidə gəlişi eləcə bir ovqat yaratmışdı. İstər poeziyada, istər nəsrdə, istərsə də ədəbi tənqiddə daha müasir və daha cəsarətli yaradıcılıq nümunələrinin geniş oxucu auditoriyasına təqdimi onların timsalında məşhur altmışıncıların varisliyini yeni ampluada təsdiqləyirdi. Və zövqlər də bu yöndə formalaşırdı.
   
   Bu yüksəlişdə Nadir Cabbarlının iki missiyası vardı. O, Azərbaycan ədəbiyyatına ciddi, səliqəli və intellekt bir tənqidçi kimi gəlmişdi. Hamıdan fərqlənirdi. Eyni zamanda ədəbi mühit Nadir Cabbarlının timsalında məhz mütərəqqi ədəbiyyat üçün çalışan yeni təfəkkürlü bir məmurla da qarşılaşmışdı. Nadir o illərdə bütün mənalarda respublikanın bir nömrəli jurnalının - "Azərbaycan"ın baş redaktorunun müavini idi. O vaxtlar 30 yaşlı gənc adam üçün belə bir vəzifə sadə məsələ deyildi.
   
   Ədəbi tənqiddə Nadir Cabbarlı dəst-xətti Akif Hüseynov, Elçin, Aydın Məmmədov, Kamil Vəliyev...
   
   kimi müasirləşdirici potensiallara malik yaradıcıların formalaşdırdığı cazibədar istiqamətin daha mükəmməl davamı idi. Belə bir istiqamətdə formalaşan ədəbi tənqid özünün çoxçalarlı imkanları ilə çağdaş ədəbiyyatımızın qərəzsiz, cəbhəsiz qiymətini verirdi. Daha dərc edilən ədəbi tənqid nümunələrini təkcə yaradıcılıqları sərf-nəzər edilən yazıçı və şairlər, qismən də bu janrın maraqlıları deyil, bütövlükdə geniş bir auditoriya izləyirdi. Onların sırasında Nadir Cabbarlı Azərbaycan ədəbi tənqidində öz prinsipləri ilə şəxsi iddiası olmayan bir ziyalı kimi tanınsa da, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı səviyyəsində dəyərləndirilməsinə özünəməxsus tərzdə iddialı idi. Bu araşdırmalar o qədər səmimi, o qədər peşəkar, dilin imkanları baxımından o qədər zövqlü və intellekt sərbəstliyində təqdim olunurdu ki, elə bil şirin bir hekayədir. Bədii zövqü yüksək olan oxucu bir daha öz ədəbiyyatının zənginliyinə inanırdı, o vaxtlar bizə daha yaxın olan rus ədəbi tənqidinin müasirləşmə səviyyəsindən geri qalmadığımızı görürdü. Bütün bunları unutmaq, yaddan çıxartmaq olmaz. Elə Nadirin özü kimi...
   
   Nadir o boyda vəzifədə bir çox sələfləri kimi təkəbbürlü və əlçatmaz görünmürdü. Biclikdən və riyakarlıqdan çox-çox uzaq olan uşaq səmimiliyi və sadəliyi qədər təmiz ədəbiyyat adamı idi. Təbii ki, burada baş redaktor Əkrəm Əylislinin də mövqe və münasibəti danılmazdır. Onun Nadir kimi işıqlı gənclərlə çalışması da elə o dövrün mürəkkəb ədəbi proseslərini əks etdirirdi. Əkrəm Əylisli hamıdan çox inandığı müavininə böyük səlahiyyətlər vermişdi. Və bu səlahiyyət illərlə, on illərlə qəzet və jurnal səhifələrinə həsrət qalmış istedadlı gənclərə, cavanlara qapılar açmışdı.
   
   Bu gözəl və işıqlı insan 4 ildir aramızda yoxdur. Nəşriyyat dəhlizləri, Bakının xatirələr qoruyan küçələri nə vaxtdandır Nadirin addım səslərini eşitmir. Elə dostlar da yetim qalıb. Ədəbiyyat havalı çay məclisləri, koloritini hələ ki qoruyub saxlaya bilən dalda meyxanalar, daha nələr...


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK