adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2015 19:20
4410
ƏDƏBİYYAT
A- A+

Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri Londonda

Londonda keçirilən ikinci Beynəlxalq "Buta” incəsənət festivalı çərçivəsində Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Dünyanın böyük teatrlarında müxtəlif dillərdə səhnəyə qoyulmuş bu pyesin 11 nəfərlik aktyor heyətindən ibarət Böyük Britaniya tərtibatında baş rolları tanınmış britaniyalı aktyorlar və televiziya ulduzları Kris Simmons və Tanya Frenks ifa ediblər. İngilis dilində immersiv tamaşa formasında ilk dəfə səhnələşdirilən "Teleskop”un rejissoru Metyu Qulddur. Tamaşada baş rolu – "Kişi” obrazını Kris Simmons, "Qadın” rolunu isə Krisin əksini ifa edən Tanya Frenks oynayır.

Aktyor heyətində, həmçinin Co Eyr, Serxio Kovino, Anna Darvas, Pol Brennan, Reyçel Esposti, Amanda Rid, Eliot Bornman, Felisiti Colli və Hanna Genesius da yer alıb.

Tamaşanın premyerasında Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz, Londonda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, yerli və xarici sənətsevərlər iştirak ediblər.

Tamaşadan sonra jurnalistlərə müsahibə verən baş rolların ifaçıları, televiziya ulduzları Kris Simmons və Tanya Frenks əsərdə rol almalarından məmnunluqlarını ifadə ediblər. Elçinin Azərbaycanın görkəmli yazıçılarından biri kimi Britaniyada tanındığını və çox sevildiyini diqqətə çatdıran baş rolların qəhrəmanları əsərin səhnələşdirilməsi prosesi haqqında da məlumat veriblər. 

Tamaşa martın 7-dək nümayiş etdiriləcək.